Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı

Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığıAzərbaycanda bank kartları ilə fırıldaqçılığın həcmi 75% artıb – 9 ayda 5 milyon manatı keçib
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 163 min 369 manat və ya 74,91% çoxdur.
Marja.az Azərbaycan Mərkəzi Bankının "Ödəniş kartları ilə baş vermiş rəqəmsal fırıldaqçılıq statistikası" hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk 9 ayında fırıldaqçılıq əməliyyatlarının ümumi həcmi 2 milyon 887 min 957 manat olmuşdu.
2026-cı ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi 4 milyon 60 min 275 manat təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1 milyon 960 min 465 manat olub. Beləliklə, ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 2 milyon 99 min 810 manat və ya 107,11% artıb. Başqa sözlə, bu əməliyyatların məbləği bir ildən digərinə iki dəfədən çox yüksəlib.
Ölkəxarici ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq əməliyyatlarının həcmi isə 2025-ci ilin ilk 9 ayındakı 927 min 492 manatdan 2026-cı ilin eyni dövründə 991 min 51 manata çatıb. Bu, 63 min 559 manat və ya 6,85% artım deməkdir.
Fırıldaqçılıq hallarının sayı 33 mini keçib
Mərkəzi Bankın statistikasına əsasən, 2026-cı ilin ilk 9 ayında bank kartları ilə bağlı ümumilikdə 33 min 272 fırıldaqçılıq halı qeydə alınıb. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 19 min 941 olub. Beləliklə, bir il ərzində fırıldaqçılıq hallarının sayı 13 min 331 və ya 66,85% artıb.
Xüsusilə ölkədaxili fırıldaqçılıq hallarının sayında kəskin artım müşahidə edilib. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkədaxili ödəniş şəbəkəsi üzrə 3 min 798 fırıldaqçılıq halı qeydə alındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 17 min 522-yə yüksəlib. Artım 13 min 724 hal və ya 361,35% təşkil edib.
Ölkəxarici ödəniş şəbəkəsi üzrə fırıldaqçılıq hallarının sayı isə 16 min 143-dən 15 min 750-yə enib. Bu, 393 hal və ya 2,43% azalma deməkdir.
Fırıldaqçılıq əməliyyatlarının əksəriyyəti elektron kanallarda baş verir
Mərkəzi Bankın 2026-cı ilin üçüncü rübünə dair məlumatına görə, fırıldaqçılıq əməliyyatlarının aparıldığı avadanlıqlar üzrə elektron ticarət və mobil tətbiqlər üstünlük təşkil edir.
Üçüncü rübdə bu kanalların payı ölkədaxili fırıldaqçılıq əməliyyatlarında 97,7%, ölkəxarici əməliyyatlarda isə 97,9% olub.
Mərkəzi Bank bildirir ki, fırıldaqçılıq hallarının əksəriyyəti ödəniş kartı istifadəçilərinin şəxsi məlumatlarını kiberdələduzlara təqdim etməsi nəticəsində baş verir.
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığıKart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığıKart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığıKart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı

Banklar     Tarix: 23 noyabr 2026

Oxşar xəbərlər

ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı

ADA Universiteti və Bank of Baku-nun  uğurlu tərəfdaşlığı davam etdirilir. Tərəflər arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində ADA Universitetinin İxtisasartırma proqramı tərəfindən təşkil edilən "Mini-MBA"

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib


iqtisadi xeberler kicik biznes bitkoin qiymeti dollar məzənnəsi bitkoin