"Brand Credit BOKT" 15 illik yubileyini qeyd edib – FOTOLAR
"Brand Credit BOKT" MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib.
Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkətin qazandığı uğurlarına görə bütün əməkdaşlara təşəkkürürünü bildirib:
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Brand Credit BOKT" MMC bu illər ərzində böyük uğurlara imza atmışdır. Maliyyə sferasında özünü doğrultmuş və böyük təcrübə toplamışdır. Maliyyə göstəricilərimiz isə hər il müsbətə doğru artmaqda davam edir. Məhz 2020-cu ildə nizamnamə kapitalının 900 000 manatdan 1 900 000 manat artırılmasına nail olmuşuq. Hal-hazırda kredit portfeli 9 000 000 manata çatdırmışdır. Sözsüz ki, bu uğurların arxasında güclü komanda, əzimkarlıq və yüksək idarəetmə dayanır. Ən böyük məmnuniyyətimiz odur ki, missiyamız, strategiyamız və hədəflərimiz müştəri məmnunluğu ilə nəticələnir. İnanırıq ki, sağlam komanda ilə birgə atdığımız addımlar nəticəsində daha çox uğurlara nail olacağıq. Bir daha uğurlarımıza görə bütün əməkdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Qarşıdakı illərdə "Brand Credit BOKT"a və əməkdaşlarına böyük nailiyyətlər arzulayıram".
Fotoda: "Brand Credit BOKT" MMC-nin İdarə Heyətinin sədri Firudin Qasımov
Daha sonra şöbə rəhbərləri və digər əməkdaşlar nitq söyləyiblər.
Təsisçilər də öz növbəsində kollektivi 15 illik yubiley münasibətilə təbrik edərək bildirib: "Komandamız üçün iqtisadi qeyri-müəyyənliklər, bazar rəqabətinin artması 15 illik inkişaf yolunu uğurla keçmək üçün heç bir çətinlik yaratmamışdır. Bu yubileyi qeyd etmək olduqca önəmli və dəyərli hadisədir".
BOKT-u təbrik edən fəxri qonaqlar çıxışlarını yekunlaşdırdıqdan sonra, 15 illik fəaliyyəti dövründə çalışan əməkdaşlar xüsusi nominasiyalarla təltif olunublar.
Rəsmi hissənin başa çatması ilə proqram musiqili çıxışlar, rəqslər və əyləncəli oyunlarla davam edib.
Xatırladaq ki "Brand Credit BOKT" MMC 21 noyabr 2011-ci ildə təsis edilərək Mərkəzi Bankın BKT 9 saylı lisenziyası ilə fəaliyyətə başlamışdır. Hazırda fəaliyyətini Bakı və Bərdə şəhərlərində davam etdirir. Təşkilatın nizamnamə kapitalı 1 900 000 manat təşkil edir.








/ marja.az

Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb
Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır
JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib
"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib
Dünyanın ən dəyərli avtomobil şirkətləri
IMEI kod nədir?
Marketinq nə demədir?
Dünyanın ən bahalı restoranları
Bitcoin necə işləyir?