"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub
"Bank Respublika" ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib.
Banker.az xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov və Tələt Dünyadur oğlu Orduyev bankın İdarə Heyətinin üzvü təyin edilib.
Anar Hüseynağa oğlu Həmidov bundan əvvəl "Bank Respublika"da pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində çalışıb. A.Həmidov daha əvvəl bankın Pərakəndə Satışlar Departamentinin direktoru olub.
Tələt Dünyadur oğlu Orduyev 2017-ci ildən bankın Risklərin idarə edilməsi departamentinə rəhbərlik edib, 2022-ci ildə isə risklərin idarə edilməsi üzrə icraçı direktor təyin olunub.
Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb
Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca
Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə
Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya