Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıb

Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıbAzərbaycan Mərkəzi Bankı (AMB) manatla buraxılan dövlət istiqrazlarının gəlirlilik əyrisinin hesablanmasına dair texniki sənəd yayımlayıb. Gəlirlilik əyrisi ödəməyə 3 aydan 4 ilədək müddət qalan dövlət istiqrazları üzrə bazar gəlirliliyini müqayisə etməyə imkan verir.
Banker.az xəbər verir ki, AMB hesablamada həm dövlət istiqrazlarının ilkin yerləşdirilməsi, həm də təkrar bazarda alqı-satqısı zamanı bağlanan əqdlərdən istifadə edir. Hər həftə üçün əsasən son 90 təqvim gününün məlumatları götürülür. Ödəmə tarixinə 90 gündən az qalan istiqrazlar hesablamaya daxil edilmir.
Əqdlər istiqrazın ödəmə tarixinə qalan müddətə görə yeddi qrupa bölünür və hər qrup üzrə orta çəkili gəlirlilik hesablanır. Daha yaxın tarixdə bağlanan və nominal məbləği daha böyük olan əqdlərə daha çox çəki verilir. Hər hansı qrup üzrə son 90 gündə müşahidə yoxdursa, həmin dövrdən əvvəlki ən son müşahidə götürülür. Daha sonra "Nelson–Siegel" modeli əsasında ayrı-ayrı müddətlər üzrə gəlirlilik qiymətləndirilir.
Sənəddə təhlil edilən 2024–2025-ci illərin məlumatları göstərir ki, ödəmə müddəti uzandıqca dövlət istiqrazları bazarında likvidlik azalır. Əqdlərin seyrək olduğu müddətlərdə model mövcud məlumatlar əsasında gəlirliliyi qiymətləndirməyə imkan verir.
AMB gəlirlilik əyrisini 2023-cü ilin dekabrından həftəlik dərc edir. İnvestorlar bu göstərici vasitəsilə eyni müddətli dövlət və şirkət istiqrazlarının gəlirliliyini müqayisə edə bilirlər. Mərkəzi Bank isə ondan pul siyasəti qərarlarının manatla bazar faizlərinə necə təsir etdiyini qiymətləndirmək üçün istifadə edir.
Risk-Free Yield Curve Estimation in Azerbaijan A Nelson–Siegel Approach

Maraqlı     Tarix: 25 noyabr 2026

Oxşar xəbərlər

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?

Britaniyanın nüfuzlu "The Economist" nəşri 2027-ci ildə dünya iqtisadiyyatını, siyasi münasibətləri və texnologiya sektorunu müəyyən edəcək əsas tendensiyalarla bağlı illik proqnozunu yayımlayıb. Nəşr maliyyə bazarlarınd

Formula 1 yarışlarının keçiriləcəyi vaxt bəzi məktəblərdə tədris onlayn təşkil olunacaq

2026-ci ildə Formula 1 Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumitəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan


iqtisadi xeberler biznes ideyalari internetden pul qazanmaq bitkoin almaq dollar manat kursu