Oyun həvəskarlarını bir araya gətirən "Rabitabank Gaming League" möhtəşəm finalla yekunlaşdı

Oyun həvəskarlarını bir araya gətirən ®Rabitəbankın Visa-nın dəstəyi ilə təşkil etdiyi "Rabitabank Gaming League" turniri möhtəşəm final tədbiri ilə başa çatıb. Ümumilikdə 207 kapitanın öz komandası ilə birlikdə iştirak etdiyi turnir 10 gün davam edib. Turnirin ilk 8 günü onlayn, son 2 günü isə canlı qarşılaşmalar formatında keçirilib. Oyun həvəskarlarını bir araya gətirən turnir gərgin rəqabət, komanda ruhu və unudulmaz oyun anları ilə yadda qalıb.
22 noyabr 2026-cı il tarixində "Elektra Events Hall"da keçirilən böyük final tədbiri oyun və əyləncənin bir araya gəldiyi festivala çevrilib. Turnir ərzində nümayiş etdirilən yüksək oyun performansı, gərgin qarşılaşmalar və qələbə əzmi final mərhələsində həyəcanı zirvəyə çatdırıb.
"Counter-Strike 2" (CS2) üzrə keçirilən turnirin yarımfinal və final qarşılaşmalarında komandalar öz taktiki bacarıqlarını, çevik qərarvermə qabiliyyətlərini və komanda birliyini nümayiş etdirərək çempionluq uğrunda mübarizə aparıblar. Gərgin və həyəcanlı mübarizənin ardından "Rabitabank Gaming League" turnirinin qalibləri müəyyənləşib. "ByTelecom" komandası turnirin çempionu adını qazanaraq birinci, "Take Control" komandası ikinci, "IOWA" komandası isə üçüncü yerin qalibi olub.
Tədbir çərçivəsində təşkil olunan "Cosplay" müsabiqəsi, kreativ obrazların nümayişi, müxtəlif hədiyyə oyunları və əsas hədiyyəsi "PlayStation 5" olan "Giveaway" iştirakçılara unudulmaz anlar yaşadıb.
Qeyd edək ki, Rabitəbank Visa-nın dəstəyi ilə həyata keçirdiyi bu layihə vasitəsilə ənənəvi bankçılıq çərçivəsindən kənara çıxaraq gənclərin maraq dairəsinə uyğun innovativ təşəbbüsləri dəstəkləməyi, Azərbaycanda kibersport mədəniyyətinin inkişafına töhfə verməyi və oyun həvəskarları üçün yeni ünsiyyət və rəqabət platforması formalaşdırmağı hədəfləyib.
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən Oyun həvəskarlarını bir araya gətirən

Banklar     Tarix: 25 noyabr 2026

Oxşar xəbərlər

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır

23–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində XalqKart sahibləri seçilmiş kateqoriyalar üzrə alış-veriş və xidmət ödənişlərinə görə 5% keşbek/Oil bonusu əldə edə biləcəklər. Kampaniya geyim, elektronika

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artara

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməy

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı


iqtisadi xeberler online pul qazanmaq kripto bitkoin qiymeti investisiya