Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub

Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub®"Unibank" KB ASC 24–25 noyabr 2026-cı il tarixlərində Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunun (IBF 2026) tərəfdaşı olub. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusunda keçirilən forum regionun ən iri maliyyə və bankçılıq tədbirlərindən biridir.
Forum Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Mərkəzi Bankın, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də türk dövlətlərinin bank assosiasiyalarının dəstəyi ilə təşkil olunub. Bu il onuncu dəfə keçirilən IBF yerli və beynəlxalq maliyyə sektorunun aparıcı nümayəndələrini bir araya gətirib. Forumda bankçılığın gələcəyi, süni intellektin maliyyə xidmətlərində tətbiqi, açıq bankçılıq, ani və transsərhəd ödənişlər, kiberdavamlılıq, dələduzluq risklərinin idarə olunması və inklüziv maliyyə kimi mövzular müzakirə edilib.
"Unibank" forumda təkcə tərəfdaş kimi deyil, müzakirələrin fəal iştirakçısı kimi də təmsil olunub. Bankın İdarə Heyətinin üzvü, Pərakəndə bankçılıq və Marketinq üzrə Baş inzibatçı İlkin Quliyev və Daxili audit departamentinin direktoru Nərgiz Əliyeva forumun panel sessiyalarında spiker kimi çıxış edərək, rəqəmsal transformasiya, müştəri təcrübəsi, risklərin və kibertəhlükəsizliyin idarə olunması kimi mövzularda bankın yanaşmasını və təcrübəsini bölüşüblər. Çıxışlarda bank xidmətlərinin daha əlçatan, təhlükəsiz və müştəriyönümlü olması üçün görülən işlərə, eləcə də sektorun qarşısında duran yeni çağırışlara xüsusi diqqət ayrılıb.
"Unibank" bank sektorunun inkişafına, yeni texnologiyaların tətbiqinə və peşəkar təcrübə mübadiləsinə xidmət edən platformalarda iştirakı vacib hesab edir. Bank bu cür təşəbbüslərdə fəal iştirakını gələcəkdə də davam etdirəcək.
Unibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olubUnibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olubUnibank X Beynəlxalq Bankçılıq Forumunun tərəfdaşı olub

Banklar     Tarix: 27 noyabr 2026

Oxşar xəbərlər

Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb

"Unibank" KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının noyabrın 23-nə planlaşdırılan növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib. Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir. xəbə

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmə

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyacların

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını


iqtisadi xeberler depozit faizleri dollar kursu telefonla pul qazanmaq dollar mezenne