Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbankdan möhtəşəm ®Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmək üçün xüsusi imkan təqdim edir. Belə ki, yalnız 26–30 noyabr tarixlərində Kartmane Taksit kartı ilə həyata keçirilən bütün alış-verişləri 18 ayadək komissiyasız taksitə bölmək mümkün olacaq. 
Kampaniyanın ən böyük üstünlüyü alış-veriş azadlığını sərfəli ödəniş şərtləri ilə birləşdirməsidir. Artıq arzulanan məhsulu əldə etmək üçün bütün məbləği birdəfəyə ödəməyə ehtiyac yoxdur. Kartmane Taksit ilə alış-verişin sevincini bu gün yaşamaq, ödənişləri isə 18 ayadək müddətə bölərək şəxsi büdcəni daha rahat idarə etmək mümkündür.
"Rahat bankçılıq" konsepsiyasını müştərilərinin gündəlik həyatında real üstünlüklərə çevirən Rabitəbank bu kampaniya ilə Kartmane Taksit kartı ilə edilən alış-verişləri daha əlçatan etməklə yanaşı, müştərilərə xərclərini uzunmüddətli planlaşdırmaq imkanı da qazandırır.
Cəmi 5 gün ərzində Kartmane Taksit ilə alış-veriş edin, ödənişlərinizi 18 ayadək komissiyasız taksitə bölərək "Green Friday"in üstünlüklərindən maksimum yararlanın. Kampaniya və Kartmane Taksit kartı haqqında ətraflı məlumat üçün linkə https://rbt.az/gftaksit keçid edə bilərsiniz. 
Məlumat üçün bildirək ki, "Rabitəbank" ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və "Rahat bankçılıq" konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları "Azərbaycan Banklar Assosiasiyası"nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda "Rabitəbank" ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, "Rabita Mobile", "Rabita Junior" və "Rabita Business" tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Banklar     Tarix: 27 noyabr 2026

Oxşar xəbərlər

Xalq Bank "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı

Xalq Bankın stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub. İkinci tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblə

Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib

23 noyabr 2026-cı il tarixində Bir ekosisteminin rəhbəri Fərid Hüseynov və ekosistemin idarəetmə komandasının təmsilçiləri Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) Baş katibi Jiamning Qi-nin başçılıq etdiyi nümayənd

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbird

Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 00 AZN olan 165 pul mükafat

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı

ABB-nin 500 mindən çox müştərisi süni intellekt əsaslı bankçılıq təcrübəsindən yararlanır

"ABB-də 16 NVIDIA B200 GPU-dan ibarət yüksək məhsuldarlıqlı süni intellekt infrastrukturu qurulub. Bu investisiya həssas məlumatlarımızı öz nəzarətimizdə saxlamaqla yanaşı, böyük dil modellərini və süni intellekt agentlərin

Expressbank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

Expressbank regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib. 20–21 noyabr tarixlərində Gəncə şəhərində keçirilən sərgi sahibkarları

Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf

Daxili Nəzarət və Komplayns Departamentinin Direktoru Rauf Qarayevin müsahibəsi.  Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf. AFB Bankın Daxili Nəzarət və Komplayens Departamentinin direktoru il

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir


iqtisadi xeberler investisiya biznes xeberleri kicik biznes kripto