49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi

49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildiAzərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermerin zərəri sığorta tərəfindən ödənilib.
Xatırladaq ki, Aqrar Sığorta Fondu bitkiçilik, heyvandarlıq və balıqçılıq (akvakultura) təsərrüfatlarını sığortalayır. Fermerlərə dəstək məqsədilə bu zaman sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Təsərrüfatlarını güzəştli şərtlərlə sığortalayan sahibkarlar zərərlə üzləşdikdə onların zərəri aqrar sığorta tərəfindən qarşılanır.
Aqrar Sığorta Fondu Hacıqabul rayonundan olan fermer Rasim Allahverdiyevə arpa sahəsinə dəymiş zərər üzrə 2 931 manat sığorta ödənişi həyata keçirib. Fermerin Rəncbər kəndində yerləşən, güzəştli şərtlərlə sığortaladığı 5,11 hektarlıq arpa sahəsində sel-subasma hadisəsi baş verib. Müstəqil aqrar sığorta ekspertinin rəyinə əsasən, hadisə nəticəsində əkin sahəsinə 82% zərər qeydə alınıb.
Zərər dərəcəsi və azadolma məbləği nəzərə alınaraq fermerə 2 931 manat sığorta ödənişi edilib. Qeyd edək ki, dövlət dəstəyi nəzərə alınmaqla, əkin sahəsinin hər 1 hektarının sığortalanması fermerə 9,7 manata, ümumilikdə bütün əkin sahəsinin sığortası isə 49,6 manata başa gəlib.
Fermer Rasim Allahverdiyev aqrar sığorta ödənişindən və ümumilikdə Aqrar Sığorta Fondunun fəaliyyətindən razılığını bildirib, digər fermerləri də təsərrüfatlarını qorumaq üçün sığortalamağa çağırıb.
Xatırladaq ki, indiyədək Aqrar Sığorta Fondu tərəfindən Hacıqabul rayonundakı fermer və təsərrüfatlara ümumilikdə 725 190 manat sığorta ödənişi həyata keçirilib və bu məbləğ hər ay artmaqdadır.
AqrarSığortaFondufermerlərivə təsərrüfatsahiblərini özheyvanlarını, eləcə də payızlıqəkinlərdövründə əkinsahələrini, tarlabitkilərinivə meyvə bağlarını, həmçininheyvandarlıqtəsərrüfatlarını dövlətingüzəştlisığortamexanizmivasitəsilə sığortalamağa çağırır.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər, aqrar sığorta şərtləri və sığorta haqlarının məbləği barədə məlumatları Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi vasitəsilə və ya 1651 Çağrı Mərkəzinə zəng etməklə almaq mümkündür. / marja.az

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

"Brand Credit BOKT" 15 illik yubileyini qeyd edib – FOTOLAR

"Brand Credit BOKT" MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkəti

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı

2026-cı ilin üçüncü rübündə (iyul-sentyabr) Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarının ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib. xəbər verir ki, bu, Azərbayca

Azər Türk Bank X Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

Dövlət bankı "Azər-Türk Bank" ASC-nin İdarə Heyəti Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumunda ("IBF 2026") iştirak edib. "Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq" mövzusuna həsr edilə

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib

JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomber

Oyun həvəskarlarını bir araya gətirən "Rabitabank Gaming League" möhtəşəm finalla yekunlaşdı

Rabitəbankın Visa-nın dəstəyi ilə təşkil etdiyi "Rabitabank Gaming League" turniri möhtəşəm final tədbiri ilə başa çatıb. Ümumilikdə 207 kapitanın öz komandası ilə birlikdə iştirak etdiyi turnir 10 gün davam edib

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini


iqtisadi xeberler biznes xeberleri telefonla pul qazanmaq dollar kursu bitkoin almaq