"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər
"Azər-Türk Bank" ASC-nin səhmdarlarının noyabrın 23-nə planlaşdırılan növbəti ümumi yığıncağı dekabrın 24-nə keçirilib. Yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.
Banker.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında yerləşən baş ofisində keçiriləcək.
Xatırladaq ki, sentyabrın 25–26-da Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan–Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank"ın yeni səhmlərini əldə etməsinə dair saziş imzalanıb.
1995-ci ildə yaradılan bankın nizamnamə kapitalı 100,5 milyon manatdır. Səhmlərin 51%-i SOCAR-a, 24%-i dövlət adından çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37%-i Türkiyənin "Ziraat Bank"ına, 6,55%-i "AzRe Təkrarsığorta"ya, 5%-i "Qala Həyat Sığorta"ya, 1,08%-i isə "Ziraat Bank International"a məxsusdur.

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb
Mərkəzi Bankda "kriptovalyuta" görüşü
Pekinin yeni strategiyası: Çin istehsalı, amma Çindən kənarda
Azərbaycanda yeni bank məhsulu buraxılıb
"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub
JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib
"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib
Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıb
PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib
SMM nə deməkdir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Proqramçılar üçün TOP-5 Freelance sayt
Digital Card nədir?
ƏDV geri al və onun üstünlükləri