"Standard Chartered"in satın aldığı kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb, müştəri məlumatları sızdırılıb

Böyük Britaniyanın beynəlxalq bank qrupu "Standard Chartered"in bu yaxınlarda satın almaq üçün razılaşma imzaladığı "Zodia Custody" kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb. Hadisə nəticəsində şirkətin bəzi müştərilərinin və əməkdaşlarının şəxsi məlumatları sızdırılıb.
Banker.az xəbər verir ki, bu barədə noyabrın 26-da "Reuters" agentliyinə "Zodia Custody"nin baş direktoru Riçard Klark məlumat verib.
Şirkət təhlükəsizlik pozuntusunu noyabrın 23-də aşkar edib. Klarkın sözlərinə görə, hücum nəticəsində bəzi müştərilərin və əməkdaşların adları, elektron poçt ünvanları da daxil olmaqla müəyyən şəxsi məlumatları ələ keçirilib.
Hadisədən təsirlənən şəxslərin sayı və sızdırılan məlumatların ümumi həcmi açıqlanmayıb.
Müştərilərin saxlanılan kriptovalyuta aktivlərinin oğurlanması barədə təsdiqlənmiş məlumat yoxdur. Şirkət həmçinin hücumun hansı sistemlərə təsir göstərdiyini və arxasında kimlərin dayandığını açıqlamayıb.
Qeyd edək ki, "Standard Chartered" oktyabrın 21-də "Zodia Custody"ni satın almaq üçün yekun razılaşmalar imzaladığını elan etmişdi.
"Zodia Custody" 2020-ci ildə yaradılıb və əsasən banklara, investisiya fondlarına və digər institusional müştərilərə rəqəmsal aktivlərin saxlanılması xidmətləri göstərir.
Satınalma çərçivəsində şirkətin Sinqapur, Honkonq, Avstraliya, Lüksemburq və Birləşmiş Ərəb Əmirliklərindəki tənzimlənən fəaliyyətlərinin "Standard Chartered"in rəqəmsal aktiv xidmətlərinə inteqrasiyası nəzərdə tutulur.
Reuters-in məlumatına görə, insidentin açıqlanmasına baxmayaraq, "Standard Chartered"in London birjasındakı səhmləri gün ərzində 2,6% bahalaşıb.
Kriptovalyuta sektorunda bundan əvvəl də iri kiberhücumlar qeydə alınıb. 2026-cı il oktyabrın 29-da "Binance" birjasından təxminən 6,3 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. Bu, sektor tarixində ən böyük kiberhücumlardan biri olub. Daha əvvəl, 2025-ci ilin fevralında "Bybit" birjası da hakerlərin hücumuna məruz qalıb və təxminən 1,5 milyard dollar dəyərində "Ethereum" aktivləri oğurlanıb. ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) "Bybit" hücumunun arxasında Şimali Koreya ilə əlaqəli hakerlərin dayandığını açıqlayıb.

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XII Beynəlxal

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb

Prezident İlham Əliyev Milli Məclisin noyabrın 3-də qəbul etdiyi Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivənin yaradılmasını təsdiqləyib. Bununla bağlı "Banklar haqqında" və "Qiymətli kağızla

Bank olmayan kredit təşkilatına lisenziya verilib

Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, "HERMES Bank olmayan kredit təşkilatı" Məhdud Məsuliyyətli Cəmiyyətin

JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib

JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomber

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

"Premium Bank"ın İdarə Heyətinə yeni üzv seçilib

"Premium Bank" ASC-nin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. xəbər verir ki, Şahin Nizaməddin oğlu Rzayev bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib. Bununla da bankın İdarə Heyətinin tərkib

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməy


iqtisadi xeberler depozit faizleri valyuta mezennesi kripto dollar məzənnəsi