Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq

Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaqGələn ildən Azərbaycan bankları 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin iqtisadçısı Əli Əhmədzadə bildirib.
Onun sözlərinə görə, ekoloji, sosial və idarəetmə (ESİ) ilə bağlı risklər risklərin idarə edilməsi sisteminə inteqrasiya olunmalıdır:
"Bu risklər ayrıca risk kateqoriyası kimi deyil, qeyd etdiyim kimi, ənənəvi risklərə təsir kanalları vasitəsilə nəzərə alınmalıdır. Bununla yanaşı, daxili audit bölməsindən ESİ risklərinin necə idarə olunduğunun yoxlanılması və qiymətləndirilməsi tələb olunur. ESİ hədəflərinə nail olunması ilə bağlı məsələlər mükafatlandırma sistemində də öz əksini tapmalıdır. Korporativ idarəetmə standartlarının 5 saylı əlavəsinə əsasən, 2027-ci ilin I rübündən banklar etibarən dayanıqlılıq göstəriciləri ilə bağlı məlumatları açıqlamalıdırlar. Bu məlumatlar 4 istiqamət üzrə qruplaşdırılıb: idarəetmə, strategiya, risklərin idarə edilməsi və kəmiyyət göstəriciləri".
"Bu 4 istiqamət dayanıqlılıq məlumatlarının açıqlanması üzrə ilk beynəlxalq çərçivələrdən biri olan TCFD-də (Task Force on Climate-related Financial Disclosures), eləcə də hazırda 50-yə yaxın yurisdiksiyada qəbul edilmiş və tətbiq olunan IFRS S1 və S2 standartlarında öz əksini tapıb. Banklardan tələb etdiyimiz məlumatların əhatə dairəsi qeyd etdiyim beynəlxalq çərçivələrlə, xüsusilə IFRS standartları ilə müqayisədə hələ tam detallı və əhatəli deyil. Burada əsas məqsəd bankların hazırkı hazırlıq səviyyəsini və potensialını nəzərə almaq, onlara keçid dövrü verməkdir. Gələcək mərhələlərdə isə bu sahədə açıqlama və hesabatlılıq tələbləri daha da genişləndiriləcək. Bankların ESİ üzrə vəzifə və səlahiyyət bölgüsü, rəhbərliyin bacarıqları, bunların mükafatlandırma siyasətində nəzərə alınıb-alınmaması açıqlamalarını istəyirik", - deyə AMB rəsmisi əlavə edib.
Bundan başqa, Ə.Əhmədzadə deyib ki, banklar "yaşıl kreditlər"lə yanaşı maliyyələşdirdikləri emissiyaları açıqlamalıdır:
"Banklar iqlim və digər ESİ risklərinin onların biznes modellərinə təsirini necə qiymətləndirdiklərini açıqlamalıdırlar. Eyni zamanda, iqlim hədəfləri və ya keçid planları barədə məlumat verməli, dayanıqlı məhsul və xidmətləri varsa, onları təqdim etməlidirlər. Qeyd etdiyim risklər, xüsusilə fiziki və keçid riskləri üzrə bankların hər bir riski ayrı-ayrılıqda necə qiymətləndirdiyi, bu risklərin qısa, orta və uzunmüddətli dövrlərdə hansı təsirlərə malik olduğu açıqlanmalıdır. Əgər stress-testlərdən istifadə olunursa, onların nəticələri də ictimaiyyətə təqdim edilməlidir. Kəmiyyət məlumatlarına gəldikdə isə, banklardan yaşıl kreditlərin, həmçinin dayanıqlılıqla əlaqəli kreditlərin həcmini, iqtisadi sektorlar üzrə maliyyələşdirdikləri kreditləri və bunun nəticəsində yaranan maliyyələşdirilmiş emissiyaları açıqlamalarını istəyirik".
© "Report" 

Banklar     Tarix: 27 noyabr 2026

Oxşar xəbərlər

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməy

"Brand Credit BOKT" 15 illik yubileyini qeyd edib – FOTOLAR

"Brand Credit BOKT" MMC yaranmasının 15 illik yubileyi ilə əlaqədar tədbir keçirib. Yubiley tədbirinə açılış nitqi ilə başlayan şirkətin İdarə Heyətinin sədri Firudin Qasımov bütün qonaqları salamlayıb və şirkəti

JPMorgan və HSBC Londonda ilk dəfə "rəqəmsal qızıl" əməliyyatları həyata keçirib

JPMorgan Chase & Co. və digər iri qiymətli metal dilerləri Londonda ilk dəfə rəqəmsal qızılın yeni forması, fiziki külçələr üzərində fraksiyalı mülkiyyət payları ilə əməliyyatlar həyata keçiriblər. Bu barədə Bloomber

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artara

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək

"PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. şirkətin elanına istinadən xəbər verir ki, yığıncaq 28 dekabr 2026-cı il tarixində, saat 10:00-da "PAŞA Həyat Sığorta"

PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyacların

Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmə


iqtisadi xeberler biznes qurmaq bu gunun xeberleri bitkoin en son xeberler