"Bank of Baku"da sədrin növbəti müddətə təyinatı müzakirə olunub
"Bank of Baku" ASC-nin İdarə Heyəti sədrinin növbəti müddətə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılıb.
Banker.az xəbər verir ki, məsələ bankın 24 noyabr 2026-cı il tarixinə təyin edilmiş səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
Yığıncaqda həmçinin "Bank of Baku" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiqlənməsi nəzərdə tutulub. Səhmdarlara göndərilən bildirişdə qəbul edilmiş qərarlar və rəhbərin yeni səlahiyyət müddəti barədə məlumat verilməyib.
Hazırda bankın İdarə Heyətinin sədri Həsən Quliyev, Müşahidə Şurasının sədri isə Elçin İsayevdir.
"Bank of Baku"nun nizamnamə kapitalı 52,87 milyon manatdır. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding" şirkətinə, 31,1%-i Hikmət İsmayılova, 28,9%-i "Azpetrol Neft Şirkəti" MMC-yə, 5%-i isə Elçin İsayevə məxsusdur.

Pekinin yeni strategiyası: Çin istehsalı, amma Çindən kənarda
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
Mərkəzi Bank dövlət istiqrazlarının gəlirliliyini necə hesabladığını açıqlayıb
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®
Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"
Biznes planı necə yazmaq lazımdır?
Biznes plan necə yazılır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
İlon Mask kimdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?