Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
®Unibank KB ASC maliyyə savadlılığı layihəsi çərçivəsində məktəblilər üçün növbəti təlim keçirib. Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilati dəstəyi ilə baş tutan tədbirdə 7–8-ci siniflərdə təhsil alan 30 şagirdi iştirak edib.
Təlimin məqsədi uşaqlara pulu idarə etmək, maliyyə ilə düzgün davranmaq və gündəlik həyatda doğru maliyyə qərarları vermək üçün ilkin bilik və vərdişlər aşılamaq olub. Şagirdlər pul, əmanət, kredit, xərclərin planlaşdırılması və qənaət haqqında məlumat alıblar. Onlar gəliri necə bölmək, ehtiyacı istəkdən ayırmaq, xərclərə nəzarət etmək və yığım vərdişi qazanmaq mövzularında praktik nümunələr üzərində işləyiblər.
Mövzuların asan mənimsənilməsi üçün təlim oyun formatında qurulub. Şagirdlər interaktiv tapşırıqlar vasitəsilə büdcə bölgüsü, qənaət və maliyyə seçimi ilə bağlı situasiyaları həll edərək öyrəndiklərini dərhal tətbiq ediblər. Uşaqlara həmçinin yığımın və əmanətin əhəmiyyəti, gələcək üçün maliyyə planlamasının faydaları izah olunub.
Təlim çərçivəsində şagirdlər "Unibank"ın filialına ekskursiya ediblər. Burada onlar bankın gündəlik işi ilə yaxından tanış olub, müxtəlif bank prosesləri haqqında məlumat alıblar.
Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Maliyyə savadlılığının erkən yaşdan formalaşması gələcəkdə daha düzgün maliyyə qərarlarının əsasını qoyur. Unibank bu yanaşmanı əsas götürərək maarifləndirici təşəbbüslərini davam etdirir.
Unibank – Sənin bankın!




"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb
"Standard Chartered"in satın aldığı kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb, müştəri məlumatları sızdırılıb
AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir
PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb
"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İnvestisiyanın necə cəlb etmək olar?
CV hazırlayarkən buraxılan 5 səhv
Dünyanın ən varlı 10 müğənnisi
IMEI kod nədir?