ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb. Bankın səhmlərinə investor marağının artması artıq yalnız dividend gözləntiləri ilə deyil, həm də maliyyə göstəricilərinin yaxşılaşması və biznesinin genişlənməsi ilə müşayiət olunur.
Banker.az xəbər verir ki, ABB səhmləri 2025-ci ilin yayında 25 qəpik səviyyəsində ticarət olunduğu halda, hazırkı 35 qəpiklik qiymət həmin göstəricidən 40% yüksəkdir. Səhmlərin nominal dəyəri 27 qəpikdir. Beləliklə, cari qiymət nominaldan təxminən 29,6% yuxarıdır. Bankın dövriyyədə olan 4 milyard 745.45 min milyon səhmi nəzərə alındıqda, 35 qəpiklik qiymətlə hesablanan bazar kapitallaşması 1,66 milyard manata çatır.
Hazırda dövlət bankının səhmlərin qiymət dinamikası investorların banka münasibətində müəyyən dəyişikliyə işarə edir. Əvvəlki dövrlərdə bahalaşmanın əsas hərəkətverici amillərindən biri illik dividend ödənişləri ilə bağlı gözləntilər idi. Lakin 2026-cı ilin mayında 200 milyon manatlıq dividend ödənişinin tamamlanmasından sonra səhmlərin qiymətində davamlı enişin müşahidə edilməməsi və sonrakı aylarda yüksəlişin davam etməsi investor marağının təkcə dividendlərlə məhdudlaşmadığını göstərir. Bankın hesabatlarındakı ardıcıl mənfəətliliyi, kapital mövqeyi və biznesinin genişlənməsi də investisiya cəlbediciliyini dəstəkləyən amillər kimi önə çıxıb.
ABB mayın 20-də səhmdarlarına 2025-ci ilin mənfəətindən 200 millyon manat dividend ödənişini tamamlayıb. Bu, hər səhmə təxminən 4,21 qəpik və nominal qiymətə nəzərən 15,6% dividend gəlirliliyi deməkdir. Hazırkı 35 qəpiklik qiymətlə əvvəlki dividend məbləği əsasında hesablanan gəlirlilik isə təxminən 12%-dir.
İnvestor gözləntilərinə təsir edə biləcək son xəbərlərdən biri də 2027-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlıdır. Milli Məclisdə müzakirə olunan sənəddə ABB-dən dövlət büdcəsinə 175 milyon manat dividend daxilolması proqnozlaşdırılır. Bununla bağlı öncəki yazımızda da var. Yekun dividend məbləği isə müvafiq maliyyə nəticələrindən və korporativ qərarlardan asılı olacaq.
Bankın maliyyə nəticələri də müsbət dinamika var. ABB 2026-cı ilin yanvar–sentyabr aylarını 352,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,8% artımdır. Bankın cəmi gəlirləri 20,4% artaraq 1 milyard 362,6 milyon manata, faiz gəlirləri isə 16,3% yüksələrək 937,2 milyon manata çatıb.
Sentyabrın sonuna ABB-nin aktivləri ilin əvvəlindən 18,3% artaraq 16 milyard 117,6 milyon manat, ümumi kredit portfeli 10,9% artaraq 7 milyard 854,1 milyon manat olub. Depozit portfeli 10 milyard 704,5 milyon manata, balans kapitalı isə 2 milyard 322,7 milyon manata yüksəlib. Bölüşdürülməmiş mənfəətin 773,7 milyon manata çatması bankın kapital bazasını dəstəkləyən göstəricilərdən biridir.
ABB-nin fundamental inkişafı ilə bağlı digər hadisə Özbəkistandakı "Davr Bank"ın 51%-lik nəzarət səhm paketinin təxminən 140 milyon dollara alınmasıdır. Həmin bankda icraedici orqanda da artıq ABB-dən olan kadrlar var. Sentyabrda tamamlanan əməliyyatdan sonra "S&P Global Ratings" Davr Bankın uzunmüddətli kredit reytinqini "B"dən "B+" səviyyəsinə yüksəldib. Bu addım ABB-nin beynəlxalq genişlənmə strategiyasında yeni mərhələ kimi qiymətləndirilir.

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Kriptovalyuta nədir?
McDonalds haqqında maraqlı faktlar
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın ən zəngin idmançıları
Dropshipping nədir?