Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonunda ölkə Prezidenti Santyaqo Penya istefa verib.
Banker.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Paraqvay Mərkəzi Bankı noyabrın 2-də "Ueno Bank"ın maliyyə dayanıqlığı göstəricisinin qanunla tələb olunan minimum səviyyənin yarısından da aşağı düşdüyünü müəyyən edərək bankın ləğvi və öhdəliklərinin tənzimlənməsi proseduruna başlayıb.
Ölkənin ən böyük rəqəmsal banklarından biri olan "Ueno Bank"ın təxminən 2,9 milyon müştərisi var. Bank eyni zamanda dövlət qurumlarına məxsus 850 milyon dollara yaxın vəsaiti idarə edib.
Bankın fəaliyyətinin dayandırılması nəticəsində milyonlarla müştərinin hesablarına çıxışı məhdudlaşıb, kart ödənişləri və pul köçürmələri dayanıb. Pensiya alanlar və digər əmanətçilər vəsaitlərini çıxara bilmədiklərinə görə paytaxt Asunsionda etiraz aksiyaları keçiriblər.
Böhran nəticəsində Mərkəzi Bankın rəhbəri Karlos Karvallo da istefa verib. Hüquq-mühafizə orqanları bankın səkkiz yüksəkvəzifəli əməkdaşı barəsində həbs tədbirləri həyata keçirib.
Noyabrın 5-də Prezident Santyaqo Penya istefasını açıqlayıb. O, qərarını ölkədə sabitliyin, ictimai sülhün və demokratik institutların qorunması zərurəti ilə əsaslandırıb. Bundan əvvəl müxalifət prezidentə qarşı impiçment prosedurunun başlanmasını tələb etmişdi.
Paraqvay Mərkəzi Bankı əmanətçilərə kompensasiya ödənişlərinə başlayıb. Ölkənin Əmanətlərin Zəmanət Fondu hər əmanətçi üzrə 228,3 milyon quaraniyə (təxminən 38 min dollar) qədər vəsaitə təminat verir.
İlkin mərhələdə başqa banklarda aktiv hesabları olan və "Ueno Bank"a borcu olmayan, əmanətləri 10 milyon quaranini keçməyən müştərilərə ödəniş nəzərdə tutulub.
Mərkəzi Bank böhranın konkret bir maliyyə təşkilatı ilə bağlı olduğunu və bütövlükdə bank sisteminin maliyyə dayanıqlığının pozulması anlamına gəlmədiyini bildirib.

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Unibank ağacəkmə kampaniyasında iştirak edib
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
"Bank Respublika" mühüm təyinat baş tutub
IMEI kod nədir?
SWIFT nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Evdə biznes qurmağın yolları