Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. 
Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlarda xərclənən vəsaitlərin həcmi 2024-cü ilə nəzərən 498 min manat və ya 7,6% artıb.
Belə ki, 2024-cü ildə Şuşada ictimai iaşə dövriyyəsi 6 milyon 553 min manat idi.
Xatırladaq ki, Şuşada rəsmi qeydiyyatda olan 6 restoran var. 
Maraqlıdır ki, Şuşa şəhərində restoranların cəmi 5 il əvvəl fəaliyyət  başlamaına baxmayaraq burada restoranların dövriyyəsi ölkənin rayonlarının yarısından artıqdır. Belə ki, Şuşa şəhərin restoran dövriyyəsinin həcminə görə, 69 rayon arasında 38-ci yerdədir. 
Şuşanın restoranlarının dövriyyəsi Saatlı, Goranboy, Şabran, Ağdaş, Göygöl, Samux, Hacıqabul, Beyləqan, Neftçala, Qazax və Ağstafa rayonlarından daha yüksəkdir. 
Ümumiyyətlə isə ötən il Azərbaycanda restoranların dövriyyəsi 2 milyard 808 milyon manat olub. Bu rəqəm 2024-cü illə müqayisədə 434 milyon manat və ya 18,3% artıb. Belə ki, 2024-cü ildə ölkədə ictimai iaşə dövriyyəsi 2 milyard 374 milyon manat idi.
Bundan başqa, restoranlarda ən çox pul xərclənən şəhər Bakı şəhəri - 2 milyard 33 milyon manat, ən az pul xərclənən rayon Ağdam rayonu – 65,9 min manat olub.

Biznes     Tarix: 17 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI

Yumşaq inventarlar, yataq ləvazimatları, geyimlər və s. satan "Novruzlu AF" MMC (VÖEN: 1507399671) dövlət satınalmaları üzrə "etibarsız təchizatçı"lar siyahısına əlavə edilib. Müştərilərə məhsulu üzərindək


iqtisadi xeberler valyuta mezennesi leobank kart en son xeberler rubl mezenne