Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Oxford Economics Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib.
FED.az xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-ci təqvim ili üzrə ölkənin ümumi daxili məhsuluna (ÜDM) töhfəsi 129 milyon manat təşkil edib. Bundan əlavə, şirkətin fəaliyyəti sayəsində ölkə iqtisadiyyatında ümumilikdə 7 050 iş yeri dəstəklənib.
Aparılan qiymətləndirmə təkcə restoranların birbaşa göstəriciləri ilə məhdudlaşmır. Buraya üç əsas amil daxildir: şirkətin bilavasitə öz fəaliyyəti, yerli təchizatçılardan həyata keçirilən satınalmalar, habelə həm şəbəkə işçilərinin, həm də tərəfdaş müəssisələrin əməkdaşlarının istehlak xərcləri.
Bu amillərin hər biri digər sahələrdə zəncirvari aktivlik yaradır: "McDonald"s"ın satınalmaları kənd təsərrüfatı, qida sənayesi, nəqliyyat və xidmət sektorlarını əhatə edir, əməkdaşların qazancı isə pərakəndə ticarət və gündəlik xərcləmələr vasitəsilə yenidən ölkə iqtisadiyyatına qayıdır.
Şirkətin iqtisadiyyata ən qabarıq təsirlərindən biri yerli təchizatçılarla əməkdaşlıqda özünü göstərir. Belə ki, 2025-ci ildə yerli biznesin dəstəklənməsi çərçivəsində daxili bazardan 54,6 milyon manatlıq mal və xidmət alınıb.
Həmin il "McDonald"s Azərbaycan" təchizatın lokallaşdırılması və ölkə iqtisadiyyatına verdiyi töhfənin gücləndirilməsi istiqamətində mühüm addım ataraq mal ətinin tədarükünü tam şəkildə yerli istehsalçılara yönəldib. Bu satınalmaların müəyyən hissəsi bilavasitə aqrar sahəyə aiddir; restoranlar şəbəkəsini məhsulla təmin edən fermer və emal müəssisələrində təqribən 2 100 iş yeri məhz bu fəaliyyətlə bağlıdır.
Bundan əlavə, yeni restoranların istifadəyə verilməsi və mövcud məkanların yenilənməsi məqsədilə il ərzində sahibkarlardan 10,8 milyon manat həcmində mal və xidmət alınıb.
"Oxford Economics"in hesablamalarına görə, yaranan məşğulluq effekti təchizatçılar və kənd təsərrüfatından tutmuş ticarət, tikinti və nəqliyyat sektorlarınadək geniş bir spektri əhatə edir.
Paralel olaraq, 2025-ci ildə bilavasitə "McDonald"s Azərbaycan" şirkətində çalışanların sayı 2 935 nəfər təşkil edib. Kollektivin 49%-ni qadınlar, 67%-ni isə 15–24 yaş arası gənclər təşkil edib. Onların böyük hissəsi üçün "McDonald"s" ilk iş yeri və peşəkar karyeranın başlanğıcı rolunu oynayır. İl ərzində əməkdaşlar şirkətdaxili təlim proqramları çərçivəsində ilkin əməliyyat bacarıqlarından tutmuş idarəetməyə qədər müxtəlif istiqamətlər üzrə 700-ə yaxın ixtisas dərəcəsi əldə ediblər.
Tədqiqatda şirkətin sosial məsuliyyət layihələrinə verdiyi dəstək də ayrıca vurğulanır. İl ərzində təqaüdlər, sosial proqramlar və ekoloji təşəbbüslər üçün 120 000 manatdan artıq vəsait ayrılıb, ölkə miqyasında keçirilən uşaq tədbirlərinə 5 000 porsiya qida paylanıb, əməkdaşlar isə ətraf mühitin qorunmasına yönəlmiş könüllülük aksiyalarına 400 saat vaxt sərf ediblər.
Qeyd edək ki, iqtisadi təsirin qiymətləndirilməsi 200-dən çox ölkədə hökumətlər, beynəlxalq qurumlar və biznes sektoru ilə əməkdaşlıq edən, iqtisadi təhlil və proqnozlaşdırma sahəsində qlobal liderlərdən sayılan "Oxford Economics" şirkətinin müstəqil metodologiyası əsasında aparılıb.
Araşdırmanın yekunlarını şərh edən "Oxford Economics"in direktor müavini Stiven Forman bildirib: "Bizim araşdırma "McDonald"s"ın yeni iş yerlərinin yaradılması, françayzinqin inkişafı və yerli təchizatçılarla tərəfdaşlıq vasitəsilə iqtisadi fəallığı artırdığını, bütün Azərbaycan boyu yerli biznesə və ictimaiyyətə mühüm töhfə verdiyini aydın şəkildə nümayiş etdirir".
Azərbaycanda 25 ildən artıqdır fəaliyyət göstərən şəbəkənin ölkədəki sahibi və operatoru "McDonald"s Azərbaycan" QSC-dir. Hazırda 34 restorandan ibarət olan şəbəkə hər il 20 milyondan çox qonağa xidmət göstərir.
Araşdırma ilə daha ətraflı keçiddən tanış ola bilərsiniz.

Biznes     Tarix: 22 oktyabr 2026

Oxşar xəbərlər

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

AZCON Holdinq-də – YENİ TƏYİNAT

İsmət Cəfərov "AZCON Holdinq", Maliyyə planlaşdırılması və iqtisadi təhlil şöbəsinin müdiri təyin edilib. AZAL-ın Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub. xəbər verir ki, İ.Cəfərov AZCON Holdinq-də 2025-c

Azərbaycanda yeni agentlik - Fəaliyyətə başladı

Azərbaycan  Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviq

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"


iqtisadi xeberler valyuta mezennesi pul qazanmaq 1000 manatla biznes avtomobil xeberleri