"McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində - Yeni restoran açıb - FOTO
"McDonald"s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanında açılıb.
Birmərtəbəli zal "Luna" qlobal dizayn konsepsiyası əsasında tərtib olunub və 176 nəfər üçün nəzərdə tutulub, açıq terrasda isə daha 32 oturacaq yeri var. Qonaqlar rəqəmsal özünəxidmət köşklərindən, sifarişlərin masaya çatdırılması xidmətindən və "McDelivery"dən istifadə edə bilərlər. "MakAvto" xidməti isə avtomobildən düşmədən sifariş verməyə, ödəniş etməyə və sifarişi götürməyə imkan verir.
Qəhvə həvəskarları üçün "McCafé" fəaliyyət göstərir: burada geniş çeşiddə qəhvə içkiləri və desertlər, eləcə də səhər yeməyi menyusu təqdim olunur. Yaxın zamanda uşaqlı ailələr üçün "PlayPlace" oyun zonasının açılması planlaşdırılır.
Yeni restoranın açılması ilə 65 yeni iş yeri yaradılıb. Hazırda "McDonald"s Azərbaycan"da 3 200-dən çox Azərbaycan vətəndaşı çalışır.
"McDonald"s" 26 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir və yerli bizneslə fəal əməkdaşlıq edir. Şirkət təchizat, logistika, informasiya texnologiyaları, işə qəbul, marketinq və digər sahələrdə 100-dən çox yerli şirkətlə əməkdaşlıq edir.
"McDonald"s" restoran şəbəkəsinin genişlənməsi həm şirkətin özündə, həm də yerli təchizatçı və tərəfdaş şirkətlərdə yeni iş yerlərinin yaradılmasına töhfə verir. Bu, əlaqəli sahələrdə iqtisadi fəallığın artmasına və şirkətin ölkənin qeyri-neft sektorunun inkişafına töhfəsinin güclənməsinə xidmət edir. / fed.az

Vergi borcu olan şirkətin ortaqları ayrıldı – KAPİTAL 4 DƏFƏ AZALDI
Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır
Rabitəbank ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Macarıstanın ən böyük bankı Rusiyadan çıxmağı nəzərdən keçirir
Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Azərbaycanın bank sektorunda faiz xərcləri sürətlə artır
"Sizin Lombard"- 50-dən çox filialı ilə müştərilərinə daha yaxın
"PAŞA Sığorta" başqa şirkətlərin kapitalına investisiya qoymağa hazırlaşır
ABB "Davr Bank"ın rəhbərliyini yenidən formalaşdıracaq
İKEA şirkətinin tarixi
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın ən zəngin idmançıları
SMM nə deməkdir?
Whatsapp biznesin üstünlükləri nələrdir?