"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsalı gücü və geniş məhsul çeşidi ilə seçilən şirkət ölkənin iri infrastruktur və tikinti layihələrinin sementlə təminatına töhfə verir. "Norm" ASC istehsal imkanlarını genişləndirməklə yanaşı, fəaliyyətini şaxələndirərək inteqrasiya olunmuş tikinti materialları şirkətinə çevrilmək strategiyasını həyata keçirir.
Məhz bu baxımdan şirkətdəki bütün yeniliklərlə bağlı "Norm ASC"nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Ramil Mahmudovun FED.AZ saytına olan müsahibəsini təqdim edirik.
Ramil müəllim, "Norm" ASC-nin son illərdəki inkişafını necə qiymətləndirirsiniz? Şirkətin əsas strateji hədəfləri hansılardır və növbəti illərdə hansı istiqamətlər üzrə böyüməyi planlaşdırırsınız?
-Bildiyiniz kimi, son illər "Norm" üçün təkcə istehsal həcminin artması deyil, həm də şirkətin sement istehsalçısından inteqrasiya olunmuş tikinti materialları şirkətinə çevrilməsi dövrü oldu. Bu gün portfelimizdə "Norm Sement", "Norm Beton" və quru qarışıqlar brendi STORM məhsulu var. Yəni sementdən hazır betona, oradan isə ustanın birbaşa işlətdiyi məhsullara qədər bütün zənciri əhatə edirik. Eyni zamanda istehsal gücümüzü artırmaq istiqamətində də mühüm addımlar atdıq.
Bizim strateji hədəflərimiz məlumdur. Bu hədəflərimiz çərçivəsində ölkənin sement və klinker ehtiyacını uzunmüddətli perspektivdə yerli istehsalla etibarlı şəkildə ödəmək, daha yüksək əlavə dəyərli məhsullara doğru böyümək və ixrac imkanlarını genişləndirməkdir. Bütün bu istiqamətlərdə əsas prinsipimiz dəyişməz olaraq qalır – keyfiyyət və etibarlılıq.
"Norm" ASC son dövrlərdə yeni beton zavodlarının yaradılması istiqamətində fəaliyyətini genişləndirir. Bu investisiyaların ümumi həcmi nə qədərdir və əsas məqsədi nədir və yeni müəssisələr şirkətin istehsal imkanlarına hansı üstünlükləri qazandıracaq?
-Beton istiqaməti bizim üçün təbii və məntiqi addımdır. Bakıda müasir beton zavodları qurduq. Bu, şirkət üçün əhəmiyyətli investisiyadır, eyni zamanda tikinti materialları sahəsində uzunmüddətli planlarımızın bir hissəsini təşkil edir.
Əsas məqsəd inşaat şirkətlərinə, dövlət və özəl layihələrə sabit, keyfiyyəti zəmanətli və vaxtında və operativ şəkildə beton təchizatı yaratmaqdır. Betonun keyfiyyəti birbaşa sementin keyfiyyətindən başlayır. Sementi özümüz istehsal etdiyimiz üçün xammaldan tikinti meydançasına qədər bütün prosesə nəzarət edirik ki, bu da sifarişçi üçün keyfiyyət və sabitlik deməkdir.
Zavodlarda betonun təkrar emalı üçün xüsusi avadanlıq da quraşdırılıb. Bu, həm resurslara qənaət edir, həm də ətraf mühitə təsiri azaldır.
Sement və beton istehsalı enerji tutumlu sahələr hesab olunur. "Norm" ASC istehsalda müasir texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması və ətraf mühitə təsirin azaldılması istiqamətində hansı layihələri həyata keçirir?
-Doğrudur, sement sənayesi dünyada ən enerji tutumlu sahələrdən biridir. Ona görə də bu mövzu bizim üçün sadəcə öhdəlik deyil, həm də səmərəlilik məsələsidir.
Zavodumuz sıfırdan Avropa texnologiyaları əsasında qurulub, beynəlxalq elmi-tədqiqat qurumları ilə əməkdaşlıq edir və beynəlxalq ekoloji standartlara uyğun fəaliyyət göstəririk.
Bizim üçün əsas istiqamət sementin tərkibində klinkerin payını azaltmaqdır. Klinker sementin ən enerji tutumlu komponentidir, ona görə də bu addım həm enerji sərfiyyatını, həm də CO₂ emissiyasını birbaşa azaldır. İstehsalın modernləşdirilməsi, resursların optimallaşdırılması və ətraf mühitə təsirin azaldılması üzərində işi ardıcıl şəkildə davam etdiririk.
"Norm" ASC-ni qarşıdakı 5 ildə necə görürsünüz? Şirkətin yeni zavodlar açmaq, istehsal gücünü artırmaq, yeni məhsullar təqdim etmək və regional bazarlarda mövqeyini gücləndirmək istiqamətində əsas planları nələrdir?
-Beş il sonra "Norm"u sement, beton və quru qarışıqlar üzrə tam həll təqdim edən regionun aparıcı tikinti materialları şirkəti kimi görürəm. Əsas istiqamətlərimiz beton şəbəkəsinin genişlənməsi, STORM brendi altında məhsul çeşidinin artırılması və istehsal gücündən səmərəli istifadə etməkdir.
Bi maraqlı məsələyə də toxunum. Biz gələcəkdə Qarabağ bölgəsinə də investisiya yatırmağı planlaşdırırıq. Burada yaşıl enerji və "yaşıl beton" istiqaməti bizim üçün xüsusi maraq kəsb edir. Bundan başqa, uzunömürlü, təmir xərcləri az olan və yerli xammala əsaslanan beton yolları ölkə üçün perspektivli istiqamət hesab edirik.
Qaldı ki, regional bazarlara, burada məqsədimiz bölgələrə daha yaxın olmaq, distribusiya şəbəkəmizi gücləndirmək və ustalarla birbaşa əlaqəni "Norm Ustalar Klubu" vasitəsilə daha da dərinləşdirməkdir.
Müsahibəni apardı:
Elnur Hüseynquluyev
Direktor və baş redaktor

Biznes     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR

"Kənd" MMC-nin (VÖEN: 600827271) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 mana

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim


iqtisadi xeberler biznes krediti 1000 manatla biznes bu gunun xeberleri dollar məzənnəsi