Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR
Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qərar Tokioda keçirilən 22-ci Asiya-Sakit okean pərakəndəçilər konqresi və sərgisi - APRCE 2026 çərçivəsində FAPRA-nın nümayəndə heyətləri rəhbərlərinin toplantısında qəbul olunub.
Toplantıda TŞİİB-in İdarə Heyətinin sədri Araz İmanov Azərbaycan pərakəndə sektoru və Birliyin fəaliyyəti barədə təqdimatla çıxış edib. Təqdimatda sektorun iqtisadi və sosial rolu, dövlət-biznes dialoqu, rəqəmsal ödənişlər, logistika və təchizat zəncirləri, həmçinin Azərbaycanın Avropa ilə Asiya arasında artan ticarət və logistika əhəmiyyəti diqqətə çatdırılıb.
Yaponiya, Cənubi Koreya, Sinqapur, Çin və regionun digər ölkələrinin pərakəndə qurumlarını birləşdirən FAPRA sektor üzrə əsas beynəlxalq əməkdaşlıq platformalarından biridir.
Üzvlük Azərbaycan pərakəndə sektorunun Asiya-Sakit okean regionu ilə əlaqələrində yeni mərhələ açır.

"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Unibank məktəblilər üçün növbəti maliyyə savadlılığı təlimi keçirib
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: "Mashreq Bank"la 105 milyon dollarlıq saziş imzalandı
Gələn ildən banklar 4 istiqamət üzrə dayanıqlılıq məlumatlarını açıqlayacaq
ABB enerji sektorunu araşdırdı
Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?
Ağdamda yaradılmış şirkət 2,2 milyon manata – NEFTÇALADAKI QARA KÜRÜ ZAVODU ALDI
"Bank of Baku"nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
İnstaqramda biznes qurmağın yolları
Dünyanın ən çox maaş verən şirkətləri
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznes nədir və hansı növləri var?
Start-up nədir?