"Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq

®Universitetə yüksək balla qəbul olmaq böyük uğurdur. Bu uğurun arxasında bəzən çətin sosial şəraitdə göstərilən zəhmət, əzmkarlıq və böyük bir gələcək arzusu dayanır. İndi həmin zəhmətin dəstəklənməsi üçün daha bir fürsət var!
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondunun birgə həyata keçirdiyi "Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı"na qəbul davam edir. Proqram çərçivəsində sosial baxımdan həssas qrupa aid olan, ali məktəblərə qəbul imtahanında minimum 600 bal toplayan və bakalavr üzrə I kursda əyani təhsil alan 20 tələbəyə təqaüd veriləcək.
Seçilən hər bir tələbə 10 ay ərzində hər ay 200 manat olmaqla, ümumilikdə 2 000 manat təqaüd alacaq. Bu dəstək tələbələrin təhsil həyatına və şəxsi inkişafına töhfə verməyi hədəfləyir.
Proqramda iştirak etmək üçün namizədlərin seçimi aşağıdakı meyarlar üzrə aparılacaq.
·        Azərbaycan Respublikasının vətəndaşı olmaq;
·         Azərbaycanın ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin I kursunda əyani təhsil almaq;
·         Qəbul imtahanında minimum 600 bal toplamaq;
·         Könüllülük, sosial və digər dərsdənkənar fəaliyyətlərdə fəal iştirak etmək;
·         Aşağıdakı sosial meyarlardan ən azı birinə uyğun olmaq:
o    ünvanlı dövlət sosial yardımı alan ailənin üzvü olmaq;
o    orqanizmin funksiyalarının 31–60, 61–80 və ya 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olmaq;
o    valideynlərini itirmiş və ya uşaq evində böyümüş şəxs olmaq.
Namizədlər onlayn müraciət, qiymətləndirmə və müsahibə olmaqla 3 mərhələdə qiymətləndiriləcəklər. Seçim zamanı onların sosial vəziyyəti, akademik göstəriciləri və motivasiya məktubu nəzərə alınacaq.
Fürsəti dəyərləndirmək üçün son müraciət tarixi 6 dekabr 2026-cı ildir.
Təqaüd proqramına qoşulmaq üçün:  www.b-b.az/tnql
Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanan şəxslər bu proqrama müraciət edə bilməzlər. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.

Banklar     Tarix: 28 noyabr 2026

Oxşar xəbərlər

"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək

"PAŞA Həyat Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. şirkətin elanına istinadən xəbər verir ki, yığıncaq 28 dekabr 2026-cı il tarixində, saat 10:00-da "PAŞA Həyat Sığorta"

49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermeri

Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 00 AZN olan 165 pul mükafat

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

100 min manatadək girovsuz kredit – Cəmi 2 saata ®

PAŞA Bank kiçik və orta biznes (KOB) müştəriləri üçün yeni "Çevik Kredit" məhsulunu istifadəyə verib. Yeni məhsul sahibkarlara banka gəlmədən, tam onlayn şəkildə kredit əldə etmək imkanı yaradır. "Çevik Kredit"

Cəmi 15 min manat ilkin ödənişlə mənzil – 6 ilədək daxili kredit ®

Abşeron rayonunun Xırdalan şəhərinin mərkəzində geniş yaşıllıq və sərfəli daxili kredit imkanları ilə seçilən yeni yaşayış kompleksində mənzillər satışa çıxarılıb. "EkoPark Xırdalan-2" yaşayış kompleksi şəhər həyatını

Expressbank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

Expressbank regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib. 20–21 noyabr tarixlərində Gəncə şəhərində keçirilən sərgi sahibkarları

Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?

Azərbaycanda malların ixracı üzrə hesablaşmaların aparılması və ixrac gəlirlərinin ölkəyə köçürülməsinə nəzarət qaydaları dəyişir. Xarici ölkələrə mal ixracı üzrə hesablaşmalar "Valyuta tənzimi haqqında" qanun

Rabitəbankdan möhtəşəm "Green Friday" fürsəti 5 gün alış-veriş, 18 ay komissiyasız taksit

Rabitəbank "Green Friday" kampaniyası ilə alış-verişə yeni fürsətlər gətirir. İlin ən çox gözlənilən endirim mövsümündə Bank Kartmane Taksit kartı sahiblərinə alış-verişlərini daha sərfəli şərtlərlə həyata keçirmə


iqtisadi xeberler rubl mezenne dollar məzənnəsi kripto dollar manat kursu