"Bank of Baku"nun sədrinin səlahiyyət müddətinin uzadılması gündəmə gətirilib
"Bank of Baku" ASC-nin İdarə Heyətinin sədrinin növbəti müddətə yenidən təyin olunması və Bankın Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələləri səhmdarların müzakirəsinə çıxarılıb.
Marja.az Bankın səhmdarlarına ünvanlanmış 23 noyabr 2026-cı il tarixli bildirişə istinadən xəbər verir ki, "Bank of Baku" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı noyabrın 24-də keçirilib.
Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- "Bank of Baku" ASC-nin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsinə dair məsələ;
- "Bank of Baku" ASC-nin İdarə Heyəti üzvünün (sədrinin) növbəti müddətə yenidən təyin olunmasına dair məsələ.
Yığıncağın Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən Bankın Baş İdarəsində keçirilib.
Bankın Müşahidə Şurasının sədri Elçin İsayev tərəfindən imzalanmış bildiriş səhmdarlar - "Azpetrol Neft Şirkəti" MMC-yə, Türkiyənin "NAB Holding Anonim Şirkəti"nə, Elçin İsayevə və Hikmət İsmayılova ünvanlanıb.
Təqdim edilmiş sənədlərdə İdarə Heyətinin sədrinin hansı müddətə yenidən təyin olunmasının nəzərdə tutulduğu və Müşahidə Şurasının Əsasnaməsinə ediləcək dəyişikliklərin mahiyyəti açıqlanmayıb.
Qeyd edək ki, yığıncağın keçirilməsi üçün müəyyən edilmiş tarix artıq keçib. Bununla belə, təqdim olunmuş sənədlərdə yığıncağın nəticələri və qəbul edilmiş qərarlar barədə məlumat yoxdur.

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi
"PAŞA Həyat Sığorta"da növbədənkənar yığıncaq keçiriləcək
Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb
"Standard Chartered"in satın aldığı kriptovalyuta şirkəti kiberhücuma məruz qalıb, müştəri məlumatları sızdırılıb
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
"Azər-Türk Bank"da Müşahidə Şurasının tərkibi dəyişə bilər
Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?
"Freelance" nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Yatırım olmadan necə biznes qurmaq olar?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası