Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ
Bu ilin yanvar-avqust aylarında bir sıra özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım müşahidə olunub.
Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın sentyabr sayında bildirilib.
Məlumata görə, ixrac gəlirləri ən çox artan şirkət "Silk Way Aviaşirkəti" MMC olub. Şirkətin ixrac gəlirləri ötən ilin eyni dövrünə nəzərən 28 milyon 470 min dollar və ya 950 dəfə artaraq 28 milyon 500 min dollara yüksəlib.
İxrac gəlirləri ən çox artan digər şirkətlər "AIMKL"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi və "Agrarco" MMC olub. Nümayəndəliyin ixrac gəlirləri 171 milyon dollar və ya 3,3 dəfə artaraq 245,7 milyon dollara, MMC-nin ixrac gəlirləri 20,6 milyon dollar və ya 3 dəfə artaraq 31 milyon dollara yüksəlib.
"Prime Export" MMC və "Vvest Stream" MMC ötən il ixracdan gəlir əldə etməsə də, bu ilin eyni dövründə müvafiq olaraq 43,9 milyon dollar və 17,6 milyon dollar gəlir əldə edib.
Qeyri-neft sektoru üzrə özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlər daha ətraflı:
S/N
Şirkətin adı
İxrac gəlirləri
yanvar-avqust, 2025 (Min ABŞ dolları)
İxrac gəlirləri
yanvar-avqust, 2026 (Min ABŞ dolları)
İxrac gəlirlərinin dinamikası
Yanvar-avqust, 2025 - Yanvar-avqust, 2026
Mütləq
(Min manat)
% / dəfə
1
"Silk Way Aviaşirkəti" MMC
30
28 500
28 470
950 dəfə
2
"AIMKL"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi
74 700
245 700
171 000
3,3 dəfə
3
"Agrarco" MMC
10 400
31 000
20 600
3 dəfə
4
"Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC
39 300
90 900
51 600
2,3 dəfə
5
"Prime Export" MMC
0
43 900
43 900
100,00%
6
"Vvest Stream" MMC
0
32 300
32 300
100,00%
7
"Tabattera" MMC
23 000
40 600
17 600
76,50%
8
"Baku Steel Company" QSC
41 300
54 000
12 700
30,80%
9
"Prime Cotton" MMC
84 000
102 900
18 900
22,50%
10
"P-Aqro" MMC
26 700
27 300
600
2,20% / fed.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərbaycanda banklararası istinad faizi yüksəlib
ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?
Dünya iqtisadiyyatının tam ürəyində qalmaqal
Çin dolların sanksiya gücünü zəiflədir, lakin onun qlobal üstünlüyünə son qoya bilmir
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Marketinq nə demədir?
Onlayn biznes ideyaları
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes qurmaq üçün nə lazımdır?