ABB DigiLife onlayn jurnalını təqdim etdi
®ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olmaq imkanı yaradır.
DigiLife-ın əsas özəlliyi müxtəlif peşə və maraq sahələrini təmsil edən insanları vahid platformada oxucu və müəllif kimi bir araya gətirməsidir. DigiLife faydalı məlumatlar əldə etmək, eyni zamanda bilik və təcrübələri bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq, yeni ideyalar kəşf etmək, fərqli maraqları paylaşanlarla virtual icma yaratmaq üçün rəqəmsal məkandır.
Onlayn jurnalda maliyyə, texnologiya, biznes, karyera, şəxsi inkişaf, həyat tərzi və digər çoxsaylı istiqamətlər üzrə müxtəlif kontentlər paylaşılır. Burada oxucular başqalarının fikir və təcrübələrindən yararlana, yazılanları şərh edə, eyni zamanda öz təcrübələri barədə yazıb paylaşa bilərlər. DigiLife-ın hər kəs üçün açıq rəqəmsal platforma kimi inkişafı nəzərdə tutulur.
Layihənin məqsədi faydalı məzmunu daha geniş auditoriya üçün əlçatan etmək, maarifləndirmək, insanlarda bilik paylaşımına motivasiya yaratmaqdır.
ABB DigiLife layihəsi ilə rəqəmsal xidmətlərin inkişafına yeni istiqamət əlavə edir, müştərilərin həyat tərzi tərəfdaşı olaraq onların gündəlik həyatına yeni dəyər qatmağı hədəfləyir.
Onlayn jurnalla buradan tanış ola, siz də DigiLife üçün yaza bilərsiniz.
Jurnal haqqında hazırlanmış video ilə buradan tanış olun.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
İnvestisiyanın necə cəlb etmək olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?