Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Bakı 7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək.
FED.az xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək.
Tədbir Avropanın poçt operatorlarını, beynəlxalq təşkilatların nümayəndələrini və sektor rəhbərlərini bir araya gətirəcək. İkigünlük proqram çərçivəsində poçt sektorunun strateji inkişaf istiqamətləri, dəyişən bazar şərtlərinə uyğunlaşma, transsərhəd əməliyyatlara təsir edən gömrük və tarif dəyişiklikləri, eləcə də daha əlçatan və inklüziv poçt xidmətlərinin inkişafı müzakirə olunacaq.
Proqramın ilk günü "PostEurop" Baş Assambleyasının nizamnamə məsələlərinə, təşkilatın strategiyasının icrasına və qarşıdakı dövr üzrə fəaliyyət istiqamətlərinə həsr ediləcək. İkinci gün keçiriləcək Biznes Forumda isə Avropa poçt sektorunun aktual çağırışları, əməliyyat dayanıqlılığı və yeni yanaşmalar diqqət mərkəzində olacaq.
Baş Assambleya çərçivəsində "EUROPA" poçt markalarının 70 illiyinə həsr olunan xüsusi sərginin təşkili də nəzərdə tutulur. Bundan başqa, tədbir zamanı "PostEurop" Baş Assambleyasının Bakıda keçirilməsinə həsr olunmuş poçt markasının xüsusi möhürlənmə mərasimi keçiriləcək.
Bakının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq poçt əməkdaşlığındakı iştirakını və "Azərpoçt"un Avropa poçt ictimaiyyəti ilə əlaqələrinin inkişafını nümayiş etdirir.

Biznes     Tarix: 07 oktyabr 2026

Oxşar xəbərlər

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR

Sentyabrın 22-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Prof. Dr. Birol Akgünü ziyarət edib. biznes və maliyyə xəbərləri portal

Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - FOTOLAR

Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılı

ATİB nümayəndə heyəti "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Bakı Ekspo Mərkəzində "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian" 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasim

Dövlət və özəl sektor əməkdaşlığında sahibkarların rolu müzakirə olunub - FOTOLAR

Azərbaycan Türk İş Adamları Birliyi (ATİB) və FAYDA İş Adamları Platformasının birgə təşkilatçılığı, "Luxconcept" şirkətinin baş sponsorluğu, "Biznes TV" və "Biznes Mərkəzi"nin media dəstəy

Daha bir dövlət qurumunun göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu "MSolution" şirkəti vasitəsilə həyata keçiriləcək

"MSolution" elektron ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən şirkət olaraq ödənişlərin rəqəmsal formada qəbuluna imkan verən həllər təqdim edir. Bu çərçivədə şirkət müxtəlif dövlət qurumları tərəfindən göstərilə

Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU

"İsa bulag Catering Services" MMC (VÖEN: 8600230101) ləğv edilib. Vergi borcun var, amma işləyirsən - GÜZƏŞT EDİLƏCƏK – AZƏRBAYCANDA YENİLİK. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ləğv olunma şirkəti

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Əsədov Zaur Valeh oğlubarəsində inzibati xəta protokolu tərtib edib. "Panda Baby" müştəriləri aldadır – UCUZ QİYMƏT QOYUB


iqtisadi xeberler bitcoin qiymeti leobank kart rubl mezenne bu gunun xeberleri