"Nəzərdə tutulan güzəştlər Naxçıvanı Türkiyənin iş adamları üçün daha da cəlbedici edəcək"

"Naxçıvan üçün tətbiq olunacaq güzəştlər Türkiyədən investisiya axınını daha da sürətləndirəcək".
Hökumət Naxçıvanı "TaxFree" zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, bunu Azərbaycan Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Abbasov bildirirb.
O qeyd edib ki, Türkiyədə keçirilən ümumi iqtisadi forumlar Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi baxımından mühüm rol oynayır:
"Türkiyədə keçirilən ümumi iqtisadi forumun çox böyük əhəmiyyəti var. Bildiyiniz kimi, bu ilin mart ayında biz Birinci Azərbaycan–Türkiyə İqtisadi Forumunda iştirak etmişdik. Nəzərə alsaq ki, gələn ildən Naxçıvan Muxtar Respublikası üçün nəzərdə tutulan güzəştlər – xüsusilə təşviqlər, gömrük, vergi və digər imtiyazlar tətbiq olunacaq, bu, Naxçıvanı Türkiyənin sərhəd bölgələrindən olan iş adamları üçün daha da cəlbedici edəcək".
Vitse-prezident forumun sabit şəkildə keçirilməsinin önəmini vurğulayıb:
"Düşünürəm ki, ikinci dəfə keçirilən bu forumun davamlı xarakter alması çox vacibdir. Həm Türkiyə, həm Azərbaycan, həm də Naxçıvan tərəfindən olan sahibkarların iştirakı böyük önəm daşıyır. Qarabağda keçiriləcək növbəti forumda Azərbaycanın müxtəlif bölgələrindən sahibkarların daha geniş iştirak edəcəyi gözlənilir. Eyni zamanda Naxçıvanlı sahibkarlar da həmin tədbirdə fəal təmsil olunacaqlar".
Vüqar Abbasov deyib ki, mövcud platformalar biznes əlaqələrinin genişlənməsinə real imkan yaradır:
"Azərbaycanda keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Sahibkarlar Konfederasiyasının bir qolu kimi Naxçıvan Sahibkarlar Konfederasiyası da sahibkarlar üçün geniş fürsətlər təmin edir. Belə forumlarda iştirak bu əməkdaşlığın davamlı və məqsədli şəkildə inkişafına mühüm töhfə verir". (Naxcivanxeberleri)

Biznes     Tarix: 04 dekabr 2025

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu 1000 manatla biznes bank faizleri