Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  ®Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik" mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim zamanı bankın ekspertləri maliyyə resurslarının idarə olunması, gəlir və xərclərin planlaşdırılması, kredit imkanlarından səmərəli istifadə, maliyyə risklərinin qiymətləndirilməsi, eləcə də kiberdələduzluqdan qorunma və şəxsi maliyyə məlumatlarının təhlükəsizliyi barədə praktiki tövsiyələrini bölüşüblər.
Tədbirin açılışında çıxış edən Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə maliyyə savadlılığı və kibertəhlükəsizliyin aqrar sektorun dayanıqlı inkişafında, fermer və sahibkarların fəaliyyətinin gücləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, çıxışında "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan aqrar maliyyə, sığorta və risklərin idarə edilməsi mexanizmlərinin inkişafı, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi prioritetlərinə toxunub. Bildirib ki, bu istiqamətlərdə fermer və sahibkarların maarifləndirilməsi, maliyyə resurslarından səmərəli istifadə və müasir texnologiyalar barədə biliklərinin artırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, dövlət-özəl əməkdaşlığı çərçivəsində təşkil olunan təlim və maarifləndirici tədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrar texnologiyaların və qabaqcıl təcrübələrin geniş yayılmasına xidmət edir.
Təlim çərçivəsində Expressbankın İqtisadi Təhlükəsizlik şöbəsinin müdiri Tofiq Mehdiyev "Kibertəhlükəsizlik və kiberdələduzluqdan qorunma" mövzusunda çıxış edərək rəqəmsal mühitdə mövcud təhlükələr, kiberdələduzluq üsulları, bank kartları və şəxsi maliyyə məlumatlarının qorunması barədə iştirakçılara ətraflı məlumat verib, təhlükəsiz onlayn əməliyyatların aparılması ilə bağlı tövsiyələrini bölüşüb. Ardınca bankın Biznes Bankçılıq departamentinin direktor müavini Yaşar Cabarov "Sahibkarlar üçün ümumi maliyyə savadlılığı" mövzusunda çıxış edərək gəlir və xərclərin planlaşdırılması, maliyyə resurslarının düzgün idarə olunması, kredit imkanlarından səmərəli istifadə və maliyyə risklərinin qiymətləndirilməsi məsələlərinə toxunub. O, maliyyə savadlılığının sahibkarlıq fəaliyyətinin davamlılığı və düzgün biznes qərarlarının qəbulunda mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, bu kimi maarifləndirici tədbirlər "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş prioritet istiqamətlərin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə, aqrar maliyyə, sığorta və risk idarəetməsi mexanizmlərinin inkişaf etdirilməsi, eləcə də informasiya-məsləhət xidmətləri və innovasiya yayımı sisteminin təkmilləşdirilməsi prioritetləri sahibkarların bilik və bacarıqlarının artırılmasını, maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsini və müasir texnologiyalar barədə məlumatlandırılmasını zəruri edir.
Expressbank ASC aqrar sektorun inkişafında mühüm rol oynayan fermer və sahibkarların yanında olmağı, onların biznes potensialının reallaşdırılmasına töhfə verməyi və dəyişən iqtisadi mühitin çağırışlarına daha hazırlıqlı olmaları üçün bilik və bacarıqlarının inkişafına dəstək göstərməyi bundan sonra da davam etdirəcək.
Qeyd edək ki, Expressbank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın "İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial media platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Banklar     Tarix: 13 noyabr 2026

Oxşar xəbərlər

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi

Paraqvayda təxminən 3 milyon müştərisi olan "Ueno Bank"ın müflisləşməsi ölkədə genişmiqyaslı maliyyə və siyasi böhrana səbəb olub. Bankın fəaliyyətinin dayandırılmasından sonra başlayan kütləvi etirazlar fonund

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb


iqtisadi xeberler emlak xeberleri dollarin kursu bu gun biznes ideyalari pul qazanmaq