Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıbBanklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir.
Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının 2025-ci və 2026-cı illərin sentyabr ayları üzrə statistik bülletenlərində təqdim olunan "Bank sektorunun mənfəət və zərər haqqında hesabatı" cədvəllərinin müqayisəsinə istinadən xəbər verir.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9.5% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 11.0% artmış, kredit kartlarının sayı isə 3.9% azalmışdır. İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.7% artmışdır. 2026-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil etmişdir.
Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 755 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 220 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir.
Banklar və "Azərpoçt" MMC üzrə ödəniş xidməti şəbəkələrində cari ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 0.2%, POS-terminalların sayı isə 4.6% azalmışdır.

Banklar     Tarix: 28 oktyabr 2026

Oxşar xəbərlər

Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR

Rabitəbank tərəfdaşlarla uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, effektiv kommunikasiya imkanlarının genişləndirilməsi və təqdim olunan bank məhsul və xidmətlərinin təkmilləşdirilməsi məqsədil

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib

Qazaxıstan Milli Bankı baza faiz dərəcəsini 50 baza bəndi azaldaraq 16,25%-dən 15,75%-ə endirib. xəbər verir ki, oktyabrın 23-də qəbul edilən bu qərar ölkədə pul-kredit siyasətinin yumşaldılması prosesinin davam etdiyin

Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı

Azərbaycan Mərkəzi Bankının təqdim edilmiş statistik məlumatları əsasında sığorta şirkətlərinin 2026-cı ilin yanvar–sentyabr aylarında topladıqları sığorta haqları və həyata keçirdikləri ödənişlər üzrə iki ayrı sıralama hazırlanıb

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb. Bakı, 26 oktyabr 2026-cı il. Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və ort

Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək SOCAR-ın törəmə şirkəti olan SOCAR Türkiyənin xeyrinə təşkil olunmuş 1,6 milyard ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit layihəsində iştira

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda həyat sığortası ödənişləri 650 milyon manatı keçib

Azərbaycanda həyat sığortası şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi 2026-cı ilin yanvar–sentyabr aylarında 650 milyon 712 min manat təşkil edib. -ın şirkətlər üzrə statistik məlumatlar əsasında apardığ


iqtisadi xeberler kripto bitkoin qiymeti bu gunun xeberleri biznes ideyalari