"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
®Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb.
Belə ki, "Ziraat Bank Azərbaycan" ASC tərəfindən emissiya edilən ümumi həcmi 15 milyon manat olan korporativ istiqrazlar 30 oktyabr 2026-cı il tarixində "PAŞA Kapital"ın anderrayterliyi ilə açıq yerləşdirmə üsulu ilə tam həcmdə yerləşdirilib.
İnvestorların yüksək fəallığı ilə müşayiət olunan yerləşdirmə çərçivəsində 101 fiziki və 9 hüquqi şəxs olmaqla, ümumilikdə 110 investor tərəfindən 110 sifariş təqdim edilib. İnvestorlar tərəfindən istiqrazlara ümumilikdə 45 milyon 355 min 400 manat həcmində sifariş daxil olub. Nəticədə, istiqrazlara tələb təklif olunan həcmi 3 dəfədən çox üstələyib.
İstiqraz emissiyasının 100 %-lik yerləşdirilməsinə nail olunması "PAŞA Kapital"ın korporativ qiymətli kağızlar bazarındakı güclü mövqeyini və anderraytinq sahəsində peşəkar təcrübəsini bir daha nümayiş etdirir.
Faktiki yerləşdirilmiş istiqrazların investorlar üzrə bölgüsü aşağıdakı kimi formalaşıb:
Hüquqi şəxslər: 14 976 100 AZN (99,84%);
Fiziki şəxslər: 23 900 AZN (0,16%).
Beləliklə, yerləşdirilmiş istiqrazların əsas hissəsi hüquqi şəxslərin payına düşüb.
Hər birinin nominal dəyəri 100 manat olan 150 000 ədəd istiqraz investorlara illik 10% kupon gəliri və 12 aylıq tədavül müddəti ilə təqdim edilib. İstiqrazlar üzrə kupon ödənişləri rüblük əsasda həyata keçiriləcək.
"PAŞA Kapital"ın məhsul və xidmətləri haqqında ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya www.pashacapital.az saytına daxil ola bilərsiniz.

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Bitcoin necə işləyir?
Proqramçılar üçün TOP-5 Freelance sayt
Startup nədir və necə olur?
İKEA şirkətinin tarixi