Badam bağlarına dəymiş zərər üzrə 200 min manat sığorta ödənişi edilib

Badam bağlarına dəymiş zərər üzrə 200 min manat sığorta ödənişi edilibAzərbaycanda uğurla tətbiq olunan dövlət aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı sürətlə artır. Noyabrın 27-də Aqrar Sığorta Fondu tərəfindən meyvə bağları üzrə növbəti iri məbləğdə sığorta ödənişi həyata keçirilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Xaçmaz rayonunun Cığatay kəndində yerləşən "Trek Service Engineering" MMC-yə məxsus badam bağında sel-subasma nəticəsində yaranmış zərərə görə 200 520 manat məbləğində sığorta ödənişi edilib.
Hadisə 2025-ci ilin aprel ayında baş verib. Cığatay kəndinin yaxınlığından keçən Ağçay çayının daşması nəticəsində ətraf ərazilərlə yanaşı badam bağı da sel altında qalıb. Müraciətdən sonra Aqrar Sığorta Fondu əraziyə müstəqil aqrar sığorta ekspertlərini cəlb edib. Ekspertlər bir neçə dəfə sahəyə baxış keçirərək zərərin xarakterini və miqyasını müəyyənləşdiriblər. Hadisənin ölçüsü nəzərə alınaraq Fondun rəhbər şəxsləri və mütəxəssisləri də təsərrüfata baxış keçiriblər.
Araşdırmalar göstərib ki, Ağçay çayının daşması nəticəsində sel suyu bağın ön hissəsindən daxil olaraq bütün sahəyə yayılıb. Sığorta hadisəsi bağda çiçəklənmənin sonu – kiçik meyvə mərhələsinin başladığı dövrdə baş verdiyi üçün təsir daha böyük olub. Ağac gövdələri üzərində aparılan ölçmələrə əsasən suyun səviyyəsi təxminən 40 santimetrə qədər yüksəlib. Sel suyu məhsulla birbaşa təmas etməsə də, ağacların kök sistemi su altında qalıb, sahədə qalın palçıq qatı yaranıb və nəticədə stress səbəbindən ciddi meyvə tökülmələri baş verib.
Aqrar Sığorta Fondunun hesablamalarına əsasən, "Trek Service Engineering" MMC-yə 200 520 manat sığorta ödənişi təyin olunub və tam şəkildə ödənilib.
Təsərrüfatın baş aqronomu Kazam Cəlilov bildirib: "Sel nəticəsində ağacların kökü zədələndi, məhsulda böyük itki oldu. Lakin bağımız sığortalı olduğundan Aqrar Sığorta Fonduna məlumat verdik, ekspertlər gəldilər, zərəri qiymətləndirdilər və bizə sığorta ödənişi etdilər."
O, bütün fermerləri aqrar sığorta imkanlarından yararlanmağa çağırıb.
Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli bildirib ki, aqrar sığorta mexanizmi üzrə hazırda 41 növ bitki sığortalanır. Buraya meyvə bağları, tərəvəz və bostan məhsulları, tarla bitkiləri, texniki bitkilər və digər növlər daxildir.O əlavə edib ki, Fond tərəfindən bu günə qədər 20 milyon manatdan artıq sığorta ödənişi həyata keçirilib və bu rəqəm dinamik şəkildə artır.
Qeyd edək ki, meyvə bağları dolu, qasırğa, fırtına, sel və subasma, leysan yağışlar, şaxtavurma (donvurma), normadan artıq qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın və dolu nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığortalanır. Dövlət tərəfindən tətbiq edilən 50%-lik subsidiya sayəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəməklə öz əkinlərini və bağlarını sığortalaya bilirlər.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü davam edir. Fermerlər bağlarını müxtəlif risklərdən qorumaq üçün dövlət aqrar sığorta mexanizmindən istifadə edə bilərlər. / marja.az

Banklar     Tarix: 02 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes