"Fitch": Azərbaycan bankları 2026-cı ildə daha mülayim kreditləşmə artımına keçəcək

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanda kreditləşmə tempinin birrəqəmli göstəriciyə qədər yavaşlayacağını gözləyir.
Bu barədə "MDB+" regionu (Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Özbəkistan) bankları üçün 2026-cı il üzrə sektor ilə bağlı proqnozu neytral səviyyədə saxlamaq qərarı barədə agentliyin şərhində bildirilir.
"Fitch"in hesablamalarına görə, artım xüsusilə yüksək gəlirli hesab olunan istehlak kreditləşməsi seqmentində daha nəzarət edilə bilən olacaq. Bu, sürətlə inkişaf edən bazarlarda – Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda – tənzimləyicilərin kreditlərin əlçatanlığı meyarlarını sərtləşdirməyə davam etməsi ilə bağlıdır. Tədbirlər anderraytinq standartlarının yüksəldilməsinə və digər məsələlərə yönəldilib.
Agentlik qeyd edir ki, Azərbaycandakı son makroprudensial təşəbbüslərə maksimum effektiv faiz dərəcələri və təminatsız kreditlərin ölçüləri üzrə məhdudiyyətlər, həmçinin pərakəndə məhsulların bir hissəsi üçün artırılmış risk çəkiləri daxildir.
"Fitch" göstərir ki, neytral proqnoz əsasən qeyri-xammal sektoru tərəfindən formalaşdırılan mülayim iqtisadi artım fonunda (2026-cı il üçün proqnoz – 2,5 %; 2025-ci il üçün – 2,3 %) kreditləşmənin daha yavaş şəkildə genişlənməsinə baxmayaraq, 2026-cı ildə bankların qənaətbəxş maliyyə göstəricilərinin saxlanılması gözləntilərini əks etdirir.
Agentliyin məlumatlarına görə, hələ də geniş olsa da, tədricən azalan faiz marjaları ilə dəstəklənən Azərbaycan banklarının yüksək mənfəətliliyi gözlənilən mülayim kredit riskinin dəyişkənliyinə qarşı etibarlı bufer rolunu oynayacaq. Hesabatın müəlliflərinin fikrincə, bankların maliyyələşməsi və likvidliyi proqnoza əsasən ümumilikdə sabit qalacaq.
Azərbaycan bankları tərəfindən 2021-2024-cü illərdə orta hesabla 18 % sürətli kredit artımından sonra "Fitch"in fikrincə, onun dinamikası 2026-cı ildə yüksək birrəqəmli göstəriciyə qədər (2025-ci ilin yanvar-sentyabr aylarında artım 7 % təşkil edib) yavaşlayacaq. Əsas hərəkətverici qüvvə 2025-ci ilin üçüncü rübünün sonuna ümumi kreditlərin 47 %-nə çatan pərakəndə kreditləşmədir. Yavaşlama ev təsərrüfatlarının borc yükünün artması, genişlənmə imkanlarının azalması, yüksək risk çəkiləri və kredit kartları üzrə yeni limitlər daxil olmaqla tənzimləyici tələblərin sərtləşdirilməsi ilə əlaqədardır.
"Fitch" problemli kreditlərin (3-cü mərhələ kreditləri) payının 2026-cı ildə tədricən 4,5 %-ə qədər artacağını (2024-cü ilin sonunda – 3,5 %), eləcə də 2-ci mərhələ kreditlərinin mülayim artımını proqnozlaşdırır.
Bununla belə, "Fitch"in məlumatına görə, aktivlərin keyfiyyətinin pisləşməsi, bankların ehtiyatlar formalaşdırmadan (2025-ci ilin yanvar-sentyabr aylarında – illik ifadədə kredit üzrə orta göstəricinin 7 %-i) əvvəlki mənfəət hesabına kredit itkilərini udmaq qabiliyyətinin yüksək olması sayəsində nəzarət altında qalacaq.
Agentlik kredit portfellərinin dollarlaşma səviyyəsinin azalmağa davam edəcəyini və 2026-cı ilin sonuna (2024-cü ilin sonunda – 16 %) qədər 12 %-ə yaxınlaşacağını gözləyir. Buna manatın ABŞ dollarına qarşı effektiv şəkildə bağlantısı və valyuta kreditləşməsinin sərt şəkildə tənzimlənməsi kömək edir. Eyni zamanda, "Fitch"in qiymətləndirməsinə görə, depozitlərin dollarlaşma səviyyəsi yüksək qalacaq – 2025-ci ilin üçüncü rübünün sonunda – 44 % və de-dollarlaşma prosesi əlavə tədbirlər olmadan tədricən baş verəcək.
Proqnoza görə, bankların gəlirliliyi geniş faiz marjaları ilə (2025-ci ilin yanvar-sentyabr ayları üçün 6,5 %) dəstəklənəcək, lakin 2026-cı ildə müddətli depozitlərin artması fonunda təxminən 50 faiz bəndi azala bilər. Eyni zamanda, kredit dəyərsizləşməsi üzrə xərclərin orta kredit dəyərinin 2 %-nə qədər artması (2025-ci ilin doqquz ayı ərzində 1,2 % ilə müqayisədə) gözlənilir. Bütün bunlar əməliyyat mənfəətliliyində müəyyən azalmaya səbəb olacaq, lakin onun səviyyəsi dayanıqlı qalacaq.
Proqnoza görə, kapital adekvatlığı əmsalları sabit qalacaq. Gəlirlilik və risk-çəkili aktivlərin mülayim artımı iri bankların əhəmiyyətli dividend ödənişləri ilə kompensasiya ediləcək. "Fitch" "Tier 1" əmsalının 2026-cı ildə təxminən 14 % olacağını (2025-ci ilin üçüncü rübünün sonunda – 14,6 %) gözləyir, bu da minimum normativlərdən – 5 % (sistem əhəmiyyətli banklar üçün 6 %) xeyli yüksəkdir. Likvid ehtiyatlar, o cümlədən valyuta ehtiyatları yüksək olaraq qalacaq və kreditlərin depozitlərə nisbəti üzrə orta göstərici təxminən 80 % səviyyəsində saxlanılacaq.
Analitiklər, həmçinin qeyd edirlər ki, regionun əksər iqtisadiyyatlarının Rusiyadan asılılığı – ticarət, enerji təchizatı, infrastruktur, miqrasiya və pul köçürmələri vasitəsilə əhəmiyyətli olaraq qalır. Ukrayna və az dərəcədə Azərbaycan istisna təşkil edir.
"Rusiya ilə bağlı risklər, o cümlədən ikinci dərəcəli sanksiyaların ehtimalı, "MDB+" ölkələrinin bankları və şirkətləri üçün ciddi çağırışlar yaradır. Lakin ticarətin diversifikasiyası üzrə proqramların həyata keçirilməsi, "compliance"in gücləndirilməsi və risklərin monitorinqi sistemlərinin təkmilləşdirilməsi onları yumşaltmağa kömək edir",- "Fitch" analitikləri hesab edirlər. / banker.az

Banklar     Tarix: 02 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes