"Baku Electronics" müştəriləri aldadıb
"Baku Electronics" MMC tərəfindən satışa çıxarılan bəzi məhsulların reklam və təqdimatında istehlakçılarda yanlış təsəvvür yaradan məlumatlardan istifadə olunduğu aşkar edilib.
Biznes.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib. "YOSHIRO" markalı məişət texnikası və elektronika məhsullarının reklamı və satışı zamanı məhsulların faktiki istehsal ölkələri Çin və Özbəkistan olmasına baxmayaraq, reklam və qablaşdırmada "Yapon ənənəsi", "Yapon keyfiyyəti" kimi ifadələrdən istifadə edilərək məhsulların Yaponiyada istehsal olunduğu təəssüratı yaradılıb. Həmçinin məhsullar barədə həqiqətə uyğun olmayan üstünlüklərin təqdim olunması halları da qeydə alınıb. Bu hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Buna görə, "Baku Electronics" MMC barəsində haqsız rəqabət hallarının aradan qaldırılması və təkrarının qarşısını almaq məqsədilə icrası məcburi göstərişlər verilib. Hazırda iş üzrə baxılma prosesi davam edir və nəticələrlə bağlı əlavə məlumat veriləcək.(banker)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?