"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək
"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
FED.az xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək.
Yığıncağın əsas məsələsi "Göygöl Şərab Zavodu" ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddətinin uzadılmasıdır.
Bundan başqa, səhmdar cəmiyyətin fəaliyyəti ilə bağlı digər texniki məsələlərin həlli də gündəliyə daxil edilib.
Səhmdarlar ümumi yığıncağın gündəliyinə aid materiallarla həftənin bazar ertəsi-cümə günləri saat 16:00-dan 18:00-dək "Göygöl Şərab Zavodu" ASC-nin Hüquq şöbəsində tanış ola bilərlər.
Yığıncaqda iştirak edən səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənəd təqdim etməlidirlər. Səhmdarı təmsil edən nümayəndələrin isə notarial qaydada təsdiqlənmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə iştirakı tələb olunur.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?