Azərbaycanda uçuş cədvəlindəki mümkün dəyişikliklərə qarşı sığorta xidməti istifadəyə verildi
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərinə uçuş cədvəlində yarana biləcək gözlənilməz dəyişikliklərə qarşı əvvəlcədən qorunmaq imkanı yaradan DAFAR ("Disruption Assistance For Any Reason") adlı yeni rəqəmsal xidməti istifadəyə verib. "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu xidmət gecikmə və ya reysin ləğvi kimi hallarda sərnişinlərə operativ dəstəyin göstərilməsini nəzərdə tutur.
DAFAR xidməti AZAL-ın rəsmi veb-saytı və mobil tətbiqində biletin bron edilməsi mərhələsində əlavə seçim kimi təklif olunur. Xidmət səyahət texnologiyaları üzrə qlobal platforma olan HTS ("Hopper Technology Solutions") ilə tərəfdaşlıq çərçivəsində tətbiq edilib.
DAFAR ödənişli əsasda təqdim edilir və xidmətin dəyəri istiqamətdən asılı olaraq dəyişir. Xidmət aktivləşdirildikdən sonra sistem reysin statusunu avtomatik izləyir. Uçuşun 2 saat və ya daha çox gecikməsi, yaxud həmin gün ləğv olunması halında sərnişinə bildiriş göndərilir və aşağıdakı seçim imkanları verilir:
- müəyyən edilmiş limit çərçivəsində əlavə ödəniş etmədən marşrut üzrə uçuş həyata keçirən istənilən aviaşirkətə biletin yenidən bron edilməsi;
- bilet dəyərinin 100% geri qaytarılması və sərnişinin istəyi ilə səyahətin ilkin biletlə davam etdirilməsi.
Yeni xidmətin istifadəyə verilməsinə münasibət bildirən "Azərbaycan Hava Yolları"nın baş kommersiya inzibatçısı Cəmil Manizadə qeyd edib ki, AZAL səyahətçilərin dəyişən ehtiyaclarına uyğun müasir həllərin tətbiqinə xüsusi diqqət yetirir. "Bu tərəfdaşlıq müştəri loyallığının güclənməsinə və sərnişinlər üçün daha çevik, operativ xidmətin təmin edilməsinə imkan yaradacaq".
"Hopper" və HTS-in prezidenti və həmtəsisçisi Dakota Smit isə öz növbəsində bildirib: "Azərbaycan Hava Yolları ilə əməkdaşlıq etməkdən və Avrasiya regionunda sərnişinlər üçün imkanları genişləndirməkdən qürur duyuruq. Fintex həllərimiz sərnişinlər üçün əlavə dəyər yaradır."
Qeyd edilib ki, HTS məlumat analitikası və süni intellekt əsaslı texnologiyalar vasitəsilə müasir səyahətçilərə dəstək məqsədilə fintex həlləri hazırlayan aparıcı qlobal səyahət texnologiyaları platformasıdır. Şirkət dünyanın ən böyük bankları, aviaşirkətləri və turizm xidmətləri təminatçıları ilə əməkdaşlıq edir, qiymət dəyişkənliyi və səfər zamanı yarana biləcək dəyişikliklər daxil olmaqla geniş spektr üzrə əlavə məhsullar təqdim edir. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın ən bahalı restoranları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Ev şəraitində pul qazanmağın yolları
Biznes təlimlər və tədris üsulları