PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılırAzərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq.
Layihə üzrə sazişin imzalanma mərasimində PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və YEO Teknoloji şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Tolunay Yıldız iştirak ediblər.
Layihəni Türkiyənin enerji texnologiyaları sahəsində fəaliyyət göstərən YEO Teknoloji şirkəti, Azərbaycanda enerji sistemi üçün həyata keçirəcək. Bu çərçivədə 125 MVt gücündə və 250 MVt·saat tutumunda batareya əsaslı enerji saxlama sistemi qurulacaq. İşlər EPC-F (layihələndirmə, satınalma, tikinti və maliyyələşdirmə) modeli əsasında, açar təslimi şərtləri ilə aparılacaq.
Azərbaycanda 2026-cı ilin ikinci rübündə ümumi tutumu 500 MVt·saat olan iki enerji saxlama sistemi istismara verilib. Yeni layihə ilə bu infrastruktura daha 250 MVt·saat tutumunda enerji saxlama sistemi əlavə olunacaq.
Yeni sistem elektrik şəbəkəsinin dayanıqlığını artırmağa və enerji istehsalı ilə istehlakı arasında balansı qorumağa kömək edəcək. Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin daha səmərəli istifadəsi də layihənin əsas məqsədlərindəndir. Bunun üçün batareya sistemləri ilə yanaşı, yüksək gərginlikli yarımstansiya tikiləcək və yeni sistem elektrik şəbəkəsinə inteqrasiya ediləcək. Layihənin həyata keçirilməsi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə də töhfə verəcək.
Dayanıqlı maliyyələşdirmə PAŞA Bankın uzunmüddətli inkişaf strategiyasında əsas istiqamətlərdən biridir. Bank son illərdə enerji səmərəliliyi, dayanıqlı infrastruktur, aşağı karbonlu nəqliyyat və dekarbonizasiya sahələrində bir sıra layihələrin maliyyələşdirilməsində iştirak edib.
YEO Teknoloji ilə əməkdaşlıq PAŞA Bankın enerji sektorunda maliyyələşdirdiyi layihələrin əhatəsini genişləndirəcək. Bank bərpa olunan enerji, enerji keçidi və strateji infrastruktur layihələrinin maliyyələşdirilməsini uzunmüddətli prioritetləri sırasında saxlayır.PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır/ banker.az

Banklar     Tarix: 21 oktyabr 2026

Oxşar xəbərlər

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next"

Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib

Bank sektorunda uğurlu fəaliyyət yalnız gəlirlərin artımı ilə deyil, həm də aktivlərin keyfiyyəti, resurs bazasının sabitliyi, kapitalın adekvatlığı və əməliyyat səmərəliliyi kimi fundamental göstəricilər üzrə əldə oluna

21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub

Azərbaycandakı banklar 2026-cı ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə göstəricilərini açıqlayıblar. xəbər verir ki, 21 bankdan 21-i də maliyyə göstəricilərini açıqlayıb. Bankların hamısı 2026-cı ili 9 ayını xalis mənfəətl

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) kommersiya banklarında korporativ idarəetmə tələblərini yeniləyəcək. xəbər verir ki, bunu AMB-nin sədr müavinı Toğrul Əliyev Bakıda keçirilən "Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Ris

Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu

Geniş investisiya imkanları təqdim edən Birbank Invest yeni 2.5.0 versiyasını təqdim edib. Yeniliklər sayəsində istifadəçilər investisiya portfellərinin nəticələrini daha rahat izləyə, bağladıqları əqdləri ətraflı təhli

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri birbank emlak xeberleri