She"s Next layihəsinin dördüncü dalğası üçün qeydiyyat başladı

She®Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes, rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafına yönələn "She"s Next" qlobal təşəbbüsünün dördüncü dalğasına start verir. "She"s Next in Digital" adlı proqram qadın sahibkarları rəqəmsal bacarıqlarını inkişaf etdirməyə, ekspert dəstəyi almağa və ümumilikdə 60 000 AZN məbləğində qrant fondu uğrunda mübarizə aparmağa dəvət edir.
"Bir addımla başla!" şüarı ilə keçirilən proqram qadınlara bizneslərini inkişaf etdirmək, yeni müştərilər qazanmaq və rəqəmsal imkanlardan daha səmərəli istifadə etmək üçün bilik və bacarıqlarını artırmağa kömək edəcək.Proqramda həm fəaliyyət göstərən biznes sahibləri, həm də öz biznes ideyasını həyata keçirmək istəyən qadınlar iştirak edə bilərlər. Müraciətlər dörd kateqoriya üzrə qəbul olunur: rəqəmsal inkişafı prioritet seçən mövcud bizneslər üçün "Rəqəmsal", sosial təsir yaradan təşəbbüslər üçün "Sosial", fəaliyyət göstərdikləri regionların inkişafına töhfə verən bizneslər üçün "Regional", biznesini qurmağa hazırlaşan və ya ilkin biznes ideyasını inkişaf etdirmək istəyən qadınlar üçün isə "Yeni başlayanlar" kateqoriyası nəzərdə tutulub.
Proqramın sonunda hər kateqoriya üzrə iki qalib olmaqla, ümumilikdə 8 qalib seçiləcək. Onlar bizneslərini inkişaf etdirmək və ideyalarını reallaşdırmaq üçün ümumi məbləği 60.000 AZN olan qrant fondundan maliyyə dəstəyi əldə edəcəklər.
Bu il ilk dəfə olaraq, She"s Next Gəncə və Şəkidə də keçiriləcək. Regionlarda təşkil olunacaq tədbirlər qadın sahibkarlara proqram haqqında ətraflı məlumat almaq, qeydiyyat prosesində dəstək əldə etmək, digər sahibkarlarla təcrübə mübadiləsi aparmaq və uğurlu qadın sahibkarların hekayələrini dinləmək imkanı yaradacaq.
She"s Next in Digital proqramına qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək davam edəcək. İştirak şərtləri və proqram haqqında ətraflı məlumatı shesnext.az saytından əldə etmək və müraciət etmək mümkündür. Yeniliklər və qarşıdakı tədbirlər barədə məlumat almaq üçün She"s Next WhatsApp icmasına da qoşulmaq olar.
Kapital Bank-ın məhsulu olan Birbank Biznes, sahibkarları və onların bizneslərini səmərəli idarəetmə üçün innovativ və rahat həllər təklif etməklə dəstəkləməyə çalışır. Birbank Biznes müştəriləri canlı söhbət funksiyası vasitəsilə istənilən vaxt kömək ala bilərlər. Sahibkarların vaxta qənaət etməsi və əməliyyatlarını optimallaşdırması üçün nəzərdə tutulan Birbank Biznes sistemi haqqında daha ətraflı məlumat əldə etmək üçün veb-səhifəsinə daxil olun və ya 896 məlumat mərkəzinə zəng edin. / banker.az

Banklar     Tarix: 20 oktyabr 2026

Oxşar xəbərlər

2026-cı ilin ilk üç rübündə ən böyük xalis mənfəət əldə edən bankların RENKİNQİ

Azərbaycanda renkinqdə yer alan 21 bankın xalis mənfəəti 2026-cı ilin ilk doqquz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 18,7% artaraq 1 081,79 milyon manata çatıb. Bir il əvvəl bu göstərici 911,28 milyon manat olub. Banklarda

ABB Beynəlxalq Risk Forumu keçirdi

ABB-nin təşkilatçılığı ilə Bakıda Beynəlxalq Risk Forumu keçirilib. Mastercard şirkətinin də tərəfdaşlıq dəstəyi göstərdiyi tədbirdə tənzimləyici qurumların təmsilçiləri, maliyyə sektorunun menecerləri, risklərin idarə edilməs

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artı

Bankların doqquz aylıq xalis mənfəəti 1,08 milyard manata çatıb

Azərbaycanda renkinqə daxil edilən 21 bank 2026-cı ilin yanvar-sentyabr aylarında ümumilikdə 1 milyard 81,79 milyon manat xalis mənfəət əldə edib. xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 170,51 milyon mana

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib

Bank sektorunda uğurlu fəaliyyət yalnız gəlirlərin artımı ilə deyil, həm də aktivlərin keyfiyyəti, resurs bazasının sabitliyi, kapitalın adekvatlığı və əməliyyat səmərəliliyi kimi fundamental göstəricilər üzrə əldə oluna

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə

İndi Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləmək mümkündür. Artıq Birbank tətbiqindəki köçürmələr zamanı SMS vasitəsilə göndərilən birdəfəlik təsdiq kodunu gözləməyə və daxil etməyə ehtiyac qalmır. Beləliklə, SİM

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar. . Bankın rəqəmsal transformasiya


iqtisadi xeberler online pul qazanmaq birbank emlak xeberleri bu gunun xeberleri