Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan mikro sahibkarlar üçün yeni kredit kampaniyasına start verir.
20 dekabr 2026-cı il tarixinədək kampaniya çərçivəsində sahibkarlar bizneslərinin inkişafı, fəaliyyətlərinin genişləndirilməsi və yeni investisiya imkanlarının reallaşdırılması üçün daha sərfəli şərtlərlə maliyyə vəsaiti əldə edə biləcəklər.
Kampaniya çərçivəsində:
250 000 AZN-dək kredit imkanı;
0% komissiya;
50 000 AZN-dək girovsuz maliyyələşmə;
Kredit məbləği və müddətindən asılı olaraq illik 14%-dən başlayan faiz dərəcələri;
59 ayadək kredit müddəti təklif olunur.
Yeni kampaniya sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdırmaqla yanaşı, onların biznes planlarını daha inamla həyata keçirmələrinə dəstək göstərməyi hədəfləyir.
Ziraat Bank Azərbaycan hesab edir ki, hər bir uğurlu biznesin arxasında güclü ideya, əzm və doğru maliyyə tərəfdaşı dayanır. Bank məhz bu yanaşma ilə mikro sahibkarların yanında olmağa, onların inkişaf yolunda etibarlı tərəfdaş kimi çıxış etməyə davam edir.
Ziraat Bank Azərbaycan – biznesinizin bu gününə dəstək, sabahına güvən!
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür
ABB Beynəlxalq Risk Forumu keçirdi
ABB Beynəlxalq Risk Forumu keçirdi
Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)
Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 11%-ə yaxın artıb
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
IMEI kod nədir?
1000 manatla hansı biznesi qurmaq olar?
Shopify-da necə satışa başlamaq olar?
Yatırım olmadan necə biznes qurmaq olar?