Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb®Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib.
Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə əklil qoyulub və gül dəstələri düzülüb.
Göstərdiyi şücaətə görə igid əsgərimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Ölkə Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında Şəhid olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncamına əsasən döyüş zamanı şəhid olmuş "Azər-Türk Bank" ASC-nin əməkdaşı Rauf Əliyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.
Qeyd edək ki, Rauf Əliyev 4 iyun 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. O, orta təhsilini Bakı şəhərində almış, daha sonra Azərbaycan Texniki Universitetində "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisası üzrə ali təhsilini tamamlamışdır.
Tələbəlik illərindən etibarən informasiya texnologiyaları sahəsinə böyük maraq göstərmiş, proqramlaşdırma üzrə bilik və bacarıqlarını daim inkişaf etdirmiş, bir sıra beynəlxalq sertifikatlar əldə etmiş və xaricdə peşəkar təlimlərdə iştirak etmişdir.
2016-cı ildə həqiqi hərbi xidmətə çağırılmış, Aprel döyüşlərində iştirak etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətini davam etdirərək 28 avqust 2018-ci il tarixində Azər Türk Bankın İnformasiya Texnologiyaları Departamentinin Proqram Təminatı Şöbəsində mühəndis vəzifəsində işə başlamışdır. Daha sonra mühəndis-proqramçı və aparıcı mühəndis-proqramçı vəzifələrində fəaliyyətini davam etdirmişdir.
2020-ci ildə Vətən müharibəsi başladıqda könüllü olaraq cəbhəyə yollanaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına mübarizə aparmışdır. O, 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
"Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri Günel Nəbiyeva və bankın rəhbərliyi Rauf Əliyevin ailə üzvlərinin iştirakı ilə şəhidimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edib, onun timsalında bütün şəhidlərimizi hörmət və ehtiramla anmışlar.
Şəhidlərimizin fədakarlığı və qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaqdır.
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıbAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıbAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıbAzər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb/ banker.az

Banklar     Tarix: 22 oktyabr 2026

Oxşar xəbərlər

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank aktivlərinin 71,5%-i beş bankın payına düşür

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Aktivlərin həcminə görə ilk beş bankın — "ABB", "Kapital Bank", "PAŞA Bank"

"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır

"Kapital Bank" ASC və onun törəməsi "Bir Kredit" BOKT MMC oktyabrın 7–8-də ümumilikdə 52 milyon manatlıq istiqrazları qapalı yerləşdirmə üsulu ilə yerləşdirib. xəbər verir ki, 8 oktyabrda 50 milyon manatlıq

Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrini

AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-yə məxsus "Bank of New York Mellon" arasında əməkdaşlığın dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. AMB-yə istinadən xəbər verir ki, qurumun sədri Tale

Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)

2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə aktivlər 6,89 milyard manat və ya 12,1% artıb. bunu bankların hesabatları əsasınd

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"

"Premium Bank" ASC-nin aktivləri 2026-cı ilin ilk doqquz ayında demək olar ki, dəyişməz qalaraq artım tempinə görə bank sektorunun ümumi göstəricisindən və müqayisə olunan rəqib banklardan xeyli geri qalıb. bankı

Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi

Sahibkarlığın inkişafına və ölkə iqtisadiyyatının real sektorunun maliyyələşdirilməsinə xüsusi önəm verən Ziraat Bank Azərbaycan mikro sahibkarlar üçün yeni kredit kampaniyasına start verir. 20 dekabr 2026-cı il tarixinədə

"Bank VTB (Azərbaycan)"ın kredit portfeli 60 milyon manat artıb

"Bank VTB (Azərbaycan)" ASC-nin kredit portfeli 2026-cı ilin ilk 9 ayında 60 milyon 406 min manat və ya 24,8% artaraq 304 milyon 43 min manata çatıb. Bankın kredit portfelində ən yüksək artım istehlak kreditlər


iqtisadi xeberler leobank kart 1000 manatla biznes online pul qazanmaq internetden pul qazanmaq