TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib

TuranBank beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edibAzərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. Saziş "IIV Mikrofinanzfonds" və "IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds" vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb.
Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sintetik kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir.
"Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada uzunmüddətli kreditlərin mövcudluğu biznesin böyüməsi, yeni iş yerlərinin yaradılması və ölkədə yerli istehsalın inkişafı üçün çox vacibdir. Kiçik və Orta sahibkarların maliyyələşmə imkanlarını yaxşılaşdırmaq məqsədilə TuranBank və Incofin ilə əməkdaşlığımızdan məmnunuq"- deyə Invest in Visions Fondunun baş portfel meneceri Sergey L. Şkolnikov bildirib.
TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev sazişin əhəmiyyətini belə şərh edib: "Invest in Visions fondu ilə imzaladığımız bu yeni kredit sazişi Bankın inklüziv maliyyələşdirmə strategiyasını daha da gücləndirməklə yanaşı, Kiçik və Orta Sahibkarların yerli valyutada əlçatan maliyyə resurslarına çıxışını genişləndirəcək. Cəlb olunan vəsait ölkəmizdə biznes mühitinin möhkəmləndirilməsi, regionlarda sahibkarlığın inkişafı və yeni iqtisadi imkanların formalaşması baxımından mühüm rol oynayacaq. Əməliyyatın strukturlaşdırılmasında mühüm rol oynayan İncofin İnvestisiya Fonduna təşəkkürümüzü bildiririk. TuranBank bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə və ölkənin sosial-iqtisadi inkişafını dəstəkləyən layihələrə investisiya etməyə davam edəcək."
2006-cı ildə yaradılan Invest in Visions fondu institusional və fərdi investorlara inkişaf etməkdə olan ölkələrdə təsir yönümlü investisiya imkanları təqdim edir. Almaniyada təsir investisiyanın pionerlərindən biri kimi fond əsasən mikromaliyyə və dayanıqlı infrastruktur layihələrinə fokuslanır. Öz investisiyaları vasitəsilə fond məsuliyyətli və uzunmüddətli iqtisadi inkişafın dəstəklənməsinə töhfə verir.
Qeyd edək ki, yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutan TuranBank mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır...

Banklar     Tarix: 03 dekabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri


iqtisadi xeberler biznes qurmaq kicik biznes investisiya 1000 manatla biznes