"Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir"
Təkmilləşdirmə nəticəsində Azərbaycanda gömrük siyasətinin strateji baxışı bir neçə əsas istiqamətdə formalaşacaq və daha səmərəli fəaliyyət göstərəcək.
FED.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, aparılan islahatlarla ticarət prosedurlarının optimallaşdırılması və sərhəd-keçid sisteminin modernləşdirilməsi prioritet olaraq saxlanılmalıdır.
"Rəqəmsal həllərin tətbiqi və prosedurların azaldılması əməliyyatların sürətlənməsinə şərait yaradacaq, ölkənin qlobal ticarət zəncirinə daha çevik inteqrasiyasını təmin edəcək. Qeyri-qanuni dövriyyə ilə mübarizə, subyektivlik risklərinin azaldılması və biznes mühitində bərabər rəqabət şəraitlərinin təmin olunması gələcəkdə də prioritet olmalıdır. İnsan kapitalının inkişafı, data əsaslı qərar qəbul etmə, "yaşıl gömrük" təşəbbüsləri və rəqəmsal transformasiya müasir idarəetmənin əsas elementləri olaraq qalacaq. Növbəti mərhələdə gömrük və biznes münasibətlərinin tənzimlənməsi sahəsində əsas prioritet "Etibarlı Tərəfdaşlığın", vicdanlı sahibkarların dəstəklənməsi olmalıdır. Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir. Eyni zamanda, qanunsuz əməliyyatlara qarşı, təbii ki, sərt tədbirlər tətbiq edilməli və bazarın etibarlılığı artırılmalıdır. Bu yanaşma Azərbaycanın gömrük-logistika sistemini yüksək etimada malik və sahibkaryönümlü institusional modelə çevirəcək", - deyə Ş.Mövsümov əlavə edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?