Qırğız nümayəndə heyəti "Abşeron Ticarət Mərkəzi"ndə sahibkarlarla görüşüb - FOTOLAR
Qırğız Respublikasının Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyəti "Abşeron Ticarət Mərkəzi"ndə olub.
FED.az xəbər verir ki, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak məqsədilə ölkəmizdə səfərdə olan qırğız nümayəndə heyəti ticarət mərkəzində Azərbaycanda kiçik və orta bizneslər üçün yaradılmış şəraitlə tanış edilib.
Görüşdə Qırğızıstanın 15-dən artıq nazirlik və digər dövlət qurumlarını təmsil edən nazir müavinləri, müşavir və digər rəhbər vəzifəli şəxslər, Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Maksat Mamıtkanov və Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri Zamirbek Osmonov və İqbal Babayev, ReefGroup şirkətinin rəhbəri Azər Şükürov, Xəzər Beynəlxalq Fondunun rəhbəri Adəm Bakuvi iştirak ediblər.
"Abşeron Ticarət Mərkəzi" Müşahidə Şurasının üzvü Elnur Osmanov geniş təqdimatla çıxış edərək, qonaqları Mərkəzlə tanış edib. Qonaqlara məlumat verilib ki, "Abşeron Ticarət Mərkəzi" sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. 300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə "Abşeron" Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
Təqdimatdan sonra ticarət mərkəzini gəzən qonaqlar sahibkarlarla görüşüb, onlar üçün yaradılmış şərait və verilən imtiyazlarla maraqlanıblar.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Bitcoin necə işləyir?
Biznes nədir və hansı növləri var?
Fond birjası nədir?
"Freelance" nədir?