Bankların aktivlərinin RENKİNQİ: həcm, bazar payı və dinamika (01.10.2026)
2026-cı il oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 63,62 milyard manat təşkil edib. Yanvarın 1-i ilə müqayisədə aktivlər 6,89 milyard manat və ya 12,1% artıb. Banker.az bunu bankların hesabatları əsasında hazırlayıb.
Ən böyük aktivlər ABB-də qeydə alınıb – 16,12 milyard manat. İkinci yerdə 13,92 milyard manatla Kapital Bank, üçüncü yerdə isə 9,99 milyard manatla PAŞA Bank qərarlaşıb. Aktivlərin həcminə görə ilk beşliyə Xalq Bank və Bank Respublika da daxildir. Bu beş bankın ümumi aktivləri 45,51 milyard manatdır və sektor üzrə aktivlərin 71,5%-ni təşkil edir. Yanvarın 1-də onların payı 71,0% idi.
İlin əvvəlindən aktivlərini ən çox məbləğdə artıran bank Kapital Bank olub. Belə ki, artım 2,60 milyard manatdır. ABB-də artım 2,49 milyard manat təşkil edib. Bankların 17-də aktivlər yüksəlib, dördündə isə azalıb. Ən böyük azalma Xalq Bankda qeydə alınıb: 356,6 milyon manat və ya 11,2%.


"Fars": Hörmüz boğazına görə ABŞ banklarının səhmləri ucuzlaşıb
"Bitcoin" 82 min dolları keçdi - SON QİYMƏT
Bank Avrasiya III rübdə gəlirlilik və maliyyə dayanıqlılığı göstəricilərini əhəmiyyətli dərəcədə gücləndirib
"Kapital Bank" 50 mln., BOKT-u isə 2 milyon manatlıq istiqraz buraxıb – Alıcı xarici bankdır
Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb
ABB-dən "Uşaq yığım" əmanəti
Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq
Satışı artıran sehrli formul
ABB Beynəlxalq Risk Forumu keçirdi
5 liderlik göstəricisi
Onlayn biznes ideyaları
Digital Card nədir?
Bitcoin nədir?