Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI
İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, tənzimlənən mal və xidmətlərin tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,7% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2030-cu ildə 4,3% olacağı gözlənilir.
Marja.az xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilir.
Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2030-cu ildə 137 milyard manata, xərclərinin isə 134,1 milyard manata qədər yüksəlməsi gözlənilir.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari ildə təqdim olunan son proqnozlara əsasən 2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 109,1 milyard manat təşkil edəcəyi gözlənilir. 2030-cu ildə isə ÜDM-in 169,1 milyard manata qədər, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcmi 138,6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,3 faiz, qeyri-neft-qaz ÜDM-in 4,4 faiz olacağı proqnozlaşdırılır.
2030-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payının artaraq 82 faizə çatacağı proqnozlaşdırılır. Baza ssenaridə neftin bir barelinin orta illik ixrac qiyməti 2027-ci il üçün 65 ABŞ dolları və 2028-2030-cu illər üçün də eyni qalacağı fərz edilmişdir. Bununla yanaşı, 2029-cu ildən etibarən Abşeron yatağının tam gücü ilə istismarı hesabına hasilatın artması və bunun da sektorun ümumi inkişafına müsbət töhfə verməsi gözlənilir.
2027-ci ildə əsas kapitala olan investisiyalarda 2,4 faiz, ortamüddətli dövrdə isə orta illik 2,2 faiz artım olacağı proqnozlaşdırılır. Neft-qaz sektoruna yönəldilən kapital qoyuluşlarında 2027-2028-ci illərdə artım proqnozlaşdırılır. Əsas kapitala investisiyaların proqnozlaşdırılması zamanı neft-qaz sektoru üzrə əsas təşkilatlardan alınmış investisiya proqnozları, dövlət büdcəsinin əsaslı xərcləri üzrə proqnozlar, o cümlədən işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı quruculuq işləri ilə əlaqədar investisiyalar, strategiya çərçivəsində qeyri-neft-qaz sektoruna cəlb olunacaq birbaşa xarici investisiyaların illik 10-15 faiz artması hədəfi, dövlət investisiyalarının iqtisadi səmərəliliyinin yüksəldilməsi, bank-maliyyə sektorunun maliyyə vasitəçiliyi funksiyasının gücləndirilməsi və infrastruktur layihələrində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi nəzərə alınmışdır.

Yelo Bank 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
ATB-nin xalis mənfəəti 62% artıb
ABB-nin aldığı "Davr Bank"da rəhbərlik dəyişib, yeni ad təsdiqlənib
"TuranBank"ın 3-cü rübdə mənfəəti 36% artıb
Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
"Rabitəbank"ın kredit portfeli 1 milyard manatı ötüb, gəlirləri artıb – Maliyyə nəticələri
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
"Azər Türk Bank"ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
"Bank of Baku" 9 aya 36% böyüdü – mənfəət 27 milyon manata çatdı
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
"iPhone 15" modelinin üstünlükləri
Marketinq nə demədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Ev şəraitində pul qazanmağın yolları
2026-ci ilin TOP-5 onlayn biznes ideyası