Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 883 minə yaxınlaşıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin, ƏDV ödəyicilərinin və təsərrüfat subyektlərinin sayında artım qeydə alınıb.
Marja xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı il iyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882 min 906 olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb və 60 min 847 təşkil edib.
Eyni zamanda, aktiv təsərrüfat subyektlərinin — obyektlərinin sayı ilin əvvəli ilə müqayisədə 3,9 faiz artaraq 241 min 842-yə çatıb.
Naxçıvan Muxtar Respublikasında da aktiv vergi ödəyicilərinin sayında müsbət dinamika müşahidə olunub. 2026-cı il iyunun 1-nə Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,2 faiz artaraq 23 min 302 təşkil edib.
Muxtar respublikada aktiv ƏDV ödəyicilərinin sayı 4,7 faiz artaraq 651 olub. Aktiv obyektlərin — təsərrüfat subyektlərinin sayı isə 21,6 faiz artaraq 7 min 403-ə yüksəlib.
Göstəricilər ölkədə vergi uçotunda aktivliyin, rəsmiləşmənin və sahibkarlıq subyektlərinin fəaliyyət dinamikasının artdığını göstərir. / marja.az

Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
Xalq Bank 1,6 milyard dollarlıq beynəlxalq maliyyələşmə layihəsində iştirak edib
"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb
Yüksək gəlir hələ başlanğıcdır – TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan
Qazaxıstan Mərkəzi Bankı faiz dərəcəsini 50 baza bəndi endirib
Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR
Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir
"Bank BTB"nin hüquqi varisi kreditorlarına müraciət edib
"AllAllFinance"ın xalis mənfəəti 14% artıb
Bütün günü uzanmaq və heç nə etməmək istəyi tənbəllik deyil, ciddi siqnaldır: Karl Yunqun müdrik fikri
Kriptovalyuta nədir?
İKEA şirkətinin tarixi
Bitcoin nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
İlon Mask kimdir?