Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 2,2 faiz artıb.
ÜDM istehsalının 34,5 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0 faizi tikinti, 2,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 21,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 faizini təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 10,4 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 7,1 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,8 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 3,5 faiz, digər xidmət sahələrində 1,2 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,8 faiz, sənayedə 0,5 faiz artıb, tikintidə isə 9,4 faiz azalıb.
SƏNAYE İSTEHSALI
Sənaye sektorunda 2026-cı ilin yanvar-iyul aylarında 38,9 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz çox sənaye məhsulu istehsal edilib.
Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında 12.943,8 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində 2026-cı ilin yanvar-iyul aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+88,4%), əczaçılıq məhsullarının istehsalı (+53,9%), toxuculuq sənayesi (+35,9%), tütün məmulatlarının istehsalı (+18,4%), kağız və karton istehsalı (+12,5%), qida məhsullarının istehsalı (+9,6%), metallurgiya sənayesi (+9,5%), maşın və avadanlıqların quraşdırılması və təmiri işləri (+8,5%), dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı (+8,3%), elektrik avadanlıqlarının istehsalı (+7,6%), tikinti materiallarının istehsalı (+7,3%) sahələrində olub.
2026-cı ilin yanvar-iyul aylarında kənd təsərrüfatı məhsulu istehsalı 2,8 faiz artıb.
2026-cı ilin yanvar-iyul aylarında ölkədə faktiki qiymətlərlə 8 797,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 2,4 faiz, bitkiçilik məhsullarının istehsalı isə 3,2 faiz çoxalıb. Məhsulun 50,6 faizi bitkiçiliyin, 49,4 faizi heyvandarlığın payına düşür.
Real artım sürətlənib. Yanvar-iyun dövründəki 2,2 faizlik göstərici iyul ayının sonuna 2,8 faizə yüksəlib və bunu bitkiçilik təmin edib: bu sahədə artım 1,8 faizdən 3,2 faizə çatıb, heyvandarlıqda isə artım tempi 2,5 faizdən 2,4 faizə düşüb. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir. / marja.az

Maliyyə     Tarix: 12 avqust 2026

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə


iqtisadi xeberler dollar kursu iqtisadiyyat xeberleri en son xeberler dollar manat kursu