ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilərING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dollar məzənnəsinin yaxın zamanda 1,14 səviyyəsindən aşağı düşə biləcəyini düşünürlər (avronun ucuzlaşacağı, dolların bahalaşacağı gözlənilir).
Hazırda avro dollar məzənnəsi 1,1428 səviyyəsindədir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Francesco Pesole və Frantisek Taborskı cümə axşamı ABŞ-da açıqlanacaq mühüm inflyasiya göstəricisi olan baza PCE və şəxsi istehlak xərcləri məlumatlarına istinad edərək bildiriblər: "Bazarlar növbəti məlumatları və ya FED rəsmilərinin açıqlamalarını katalizator kimi istifadə edərək 2026-cı ildə FED-in 50 baza bəndlik sərtləşdirmə addımını qiymətlərə daxil etməyə çalışa bilər. Lakin Yaxın Şərqdə yeni gərginlik yaşanmadığı təqdirdə, aşağı neft qiymətləri dolların qazancını məhdudlaşdıracaq".
Analitiklər ediblər: "Qısamüddətli risklər yuxarı istiqamətli olaraq qalır, lakin ötən həftəni yeni güclü dollar dövrünün başlanğıcı kimi görmürük".
DXY ötən həftə ərzində ümumilikdə 1,1 faiz yüksəlib.
Fed-dən gözləntilər
FED, ötən həftə yeni sədr Kevin Warsh-ın rəhbərliyi ilə keçirdiyi ilk iclasda faiz dərəcələrini sabit saxlasa da, iclasdan verilən mesajlar "şahin" kimi qiymətləndirilib və investorlar bu il ABŞ-da faiz artımı ehtimalını qiymətlərə daxil etməyə başlayıblar.
"Avro/dollar məzənnəsinin yüksəliş trendinə başlamazdan əvvəl 1,14 səviyyəsini test etmə ehtimalının kifayət qədər yüksək olduğunu düşünürük", - deyən analitiklər əlavə ediblər: "Eyni zamanda, ABŞ-İran danışıqlarından gələn müsbət xəbərlər növbəti eniş dalğasının dərinliyinin daha məhdud olacağına işarə edir".
Analitiklər Avrozonada açıqlanan məlumatların avro/dolların hərəkətində həlledici rol oynayacağının gözlənilmədiyini, bu hərəkətlərin böyük ölçüdə ABŞ dollarının istiqamətindən asılı olacağını bildiriblər.
İngiltərədə siyasi çalxalanma
İngiltərədə baş nazir Keir Starmerin istefa qərarı və Andy Burnhamın onun yerinə keçməyə hazırlaşması ilə bağlı yaşanan siyasi çalxalanmaya da toxunan analitiklər bu proseslərin sterlinq üçün problem yaratmadığını bildiriblər. Analitiklər sterlinqlə bağlı belə qiymətləndirmə aparıblar: "Avro/sterlinq üzrə mövqeyimiz ümumilikdə yüksəliş istiqamətlidir. Lakin bunun əsas səbəbi, qiymətlərə 33 baza bəndlik artım daxil edilsə də, İngiltərə Mərkəzi Bankının faiz artımına gedəcəyini gözləməməyimizdir". / marja.az

Maliyyə     Tarix: 25 iyun 2026

Oxşar xəbərlər

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo


iqtisadi xeberler bitcoin internetden pul qazanmaq bitkoin qiymeti biznes ideyalari