Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb
Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb.
"Xəzinə Bələdçisi"nin əsas məqsədi xəzinədarlıq orqanı ilə büdcə təşkilatları arasında sənəd dövriyyəsini tam şəffaflaşdırmaqla müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə vahid yanaşma əsasında daha sürətli və xətasız hazırlanmasına dəstək göstərmək, sənədləşmə prosesində rast gəlinən texniki və prosedur uyğunsuzluqların minimuma endirilməsini təmin etməkdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müvafiq sənəd, həmçinin, xəzinədarlıq xidmətləri sahəsində rəqəmsallaşma proseslərinin təşviqini, müraciətlərin hazırlanması və icrası zamanı vahid yanaşmanın formalaşdırılmasını və istifadəçi məmnunluğunun artırılmasını hədəfləyir.
Metodiki təlimatda əməyin ödənişi, mal, iş və xidmətlərin satınalınması, faizlər üzrə ödənişlər, subsidiyalar, qrantlar və digər ödənişlər, sosial ödənişlər, dövlət icbari şəxsi sığorta xərcləri, qeyri-maliyyə və maliyyə aktivləri, eləcə də öhdəliklər üzrə əməliyyatlar daxil olmaqla 140-dan çox xərc maddəsi üzrə təqdim edilməli zəruri sənədlərin siyahısı, müraciətlərin hazırlanması qaydaları və mümkün imtina halları barədə məlumatlar əks olunub.
"Xəzinə Bələdçisi" büdcə təşkilatlarının elektron istifadəsi üçün Xəzinədarlığın İnformasiya İdarəetmə Portalında, Nazirliyin internet informasiya resurslarında, o cümlədən sosial media platformalarında yerləşdirilib.
"Xəzinə Bələdçisi" ilə bu linkə keçid edərək tanış ola bilərsiniz: / marja.az

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı
Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib
Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
"Bank Respublika" mühüm təyinat baş tutub
Birbank xidmətinə necə qoşulmaq olar?
5 liderlik göstəricisi
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Yatırım olmadan necə biznes qurmaq olar?
Layihə menecmenti nədir?