Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 139 milyon 829,14 min manat olub.
Bu barədə Marja.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar – avqust aylarında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("Tax free") məbləği 6 milyon 208,3 min manat təşkil edib.
Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23 mln. manatdan çoxu vətəndaşlara qaytarılıb
Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı "ƏDV geri al" layihəsi uğurla davam etdirilir.
2026-cı ilin yanvar - avqust ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 23 milyon 206,73 min manat təşkil edib.

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Rabitəbank partnyorları ilə görüş keçirib - FOTOLAR
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb
Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb
Pampers 23 milyard dollar qazanıb
Bakıda məşhur restoran fəaliyyətini dayandırdı
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
Bankların depozit portfelinin RENKİNQİ: həcm, dinamika və bazar payı (01.10.2026)
SMM nə deməkdir?
İnstaqramda biznes qurmağın yolları
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir və necə alınır?