Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıbAzərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində" bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənədə əsasən ( 2026-cı il və sonrakı illər üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri), 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat təsdiq edilib. Büdcə kəsiri 3 milyard 94,6 milyon manat təşkil edir.
2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manata, xərclərinin isə 42 milyard 400 milyon manata çatacağı gözlənilir. Nəticədə büdcə kəsiri 3 milyard 146 milyon manat olacaq.
Proqnoza görə, dövlət büdcəsinin kəsiri 2028-ci ildə 3 milyard 342 milyon manat, 2029-cu ildə 3 milyard 554,1 milyon manat, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manat təşkil edəcək.
Beləliklə, 2030-cu ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 564,9 milyon manat və ya 18,3% artacaq.
Dövlət büdcəsinin xərcləri 44 milyard manatı keçəcək
Ortamüddətli büdcə proqnozlarına əsasən, dövlət büdcəsinin xərclərinin 2026-cı ildəki 41 milyard 703,6 milyon manatdan 2030-cu ildə 44 milyard 236,5 milyon manata yüksələcəyi gözlənilir. Bu, 2 milyard 532,9 milyon manat və ya 6,1% artım deməkdir.
Eyni dövrdə büdcə gəlirlərinin 38 milyard 609 milyon manatdan 40 milyard 577 milyon manata yüksələcəyi proqnozlaşdırılır. Artım 1 milyard 968 milyon manat və ya 5,1% təşkil edəcək. Beləliklə, proqnoz dövründə büdcə xərclərinin gəlirlərdən daha sürətlə artması dövlət büdcəsinin kəsirinin genişlənməsinə səbəb olacaq.
2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri 42 milyard 400 milyon manat nəzərdə tutulur.
Cari xərclərin payı artır, əsaslı xərclər azalır
Büdcə proqnozlarında diqqətçəkən məqamlardan biri cari xərclərin artması, əsaslı xərclərin isə azalmasıdır. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri 25 milyard 201,6 milyon manat təşkil etdiyi halda, 2030-cu ildə bu məbləğin 27 milyard 736,5 milyon manata yüksələcəyi gözlənilir. Nəticədə cari xərclərin dövlət büdcəsində xüsusi çəkisi 60,4%-dən 62,7%-ə çatacaq.
Əsaslı xərclərin isə 2026-cı ildəki 14 milyard 44,4 milyon manatdan 2030-cu ildə 13 milyard 500 milyon manata enəcəyi proqnozlaşdırılır. Bu dövrdə əsaslı xərclərin büdcədə payı 33,7%-dən 30,5%-ə düşəcək.
Dövlət borcuna xidmət xərcləri 3 milyard manata çatacaq
Proqnozlarda dövlət borclarına xidmətlə bağlı xərclərin də artacağı nəzərdə tutulur. 2026-cı ildə bu istiqamətə 2 milyard 457,6 milyon manat ayrıldığı halda, 2030-cu ildə xərclərin 3 milyard manata yüksələcəyi gözlənilir. Bu, 542,4 milyon manat və ya 22,1% artım deməkdir. Nəticədə dövlət borcuna xidmət xərclərinin büdcənin ümumi xərclərində payı 5,9%-dən 6,8%-ə yüksələcək.
Neft Fondundan büdcəyə transfertlər azalacaq
Sənədə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği də mərhələli şəkildə azaldılacaq.
2026-cı ildə Neft Fondundan büdcəyə 12 milyard 835 milyon manat transfert təsdiq edildiyi halda, 2027-ci ildə bu məbləğin 11 milyard 900 milyon manata, 2028-ci ildə 11 milyard 50 milyon manata, 2029-cu ildə 10 milyard 200 milyon manata, 2030-cu ildə isə 9 milyard 350 milyon manata enəcəyi proqnozlaşdırılır.
Beləliklə, 2026–2030-cu illərdə Neft Fondundan dövlət büdcəsinə transfertlərin 3 milyard 485 milyon manat və ya 27,2% azalması gözlənilir.
Eyni zamanda, Dövlət Vergi Xidmətinin qeyri-neft gəlirlərinin 2026-cı ildəki 13 milyard 310 milyon manatdan 2030-cu ildə 18 milyard 810 milyon manata yüksələcəyi nəzərdə tutulur. Bu, 5 milyard 500 milyon manat və ya 41,3% artım deməkdir.
İcmal büdcənin kəsiri azalacaq
Dövlət büdcəsindən fərqli olaraq, Azərbaycanın icmal büdcəsinin kəsirinin növbəti illərdə azalacağı proqnozlaşdırılır.
2026-cı ildə icmal büdcənin kəsiri 3 milyard 870 milyon manat təsdiqləndiyi halda, 2027-ci ildə bu göstəricinin 2 milyard 757,9 milyon manata, 2028-ci ildə 1 milyard 336,5 milyon manata, 2029-cu ildə 1 milyard 131,3 milyon manata, 2030-cu ildə isə 442,2 milyon manata düşəcəyi gözlənilir. Beləliklə, 2030-cu ildə icmal büdcənin kəsiri 2026-cı illə müqayisədə təxminən 88,6% azalacaq.
Qeyd edək ki, ortamüddətli büdcə proqnozları neftin bir barelinin qiymətinin 65 ABŞ dolları, dolların məzənnəsinin isə 1,7 manat olması fərziyyəsi əsasında hazırlanıb.
 "2026-cı il və sonrakı illər üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəriciləri", Əlavə 5.1, səhifə 1–2. 6ad11dec74c43.pdf
Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıbAzərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Maliyyə     Tarix: 17 oktyabr 2026

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi


iqtisadi xeberler biznes xeberleri iqtisadiyyat xeberleri en son xeberler biznes krediti