Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.
Mərkəzi Bankın sədri ABB-nin Özbəkistan bazarına çıxışı ilə bağlı prosesdə tənzimləyici qurumun bankı dəstəklədiyini qeyd edib.
"ABB-nin Özbəkistan bazarına çıxışı ilə bağlı bizə məlumat verilmişdi. Biz dəstəkləyirdik və bütün proses boyu ABB-nin yanında idik", – deyə Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycan banklarının 2027-ci ildə digər ölkələrin bazarlarına çıxışı ilə bağlı Mərkəzi Bankda konkret məlumat yoxdur.
Bununla belə, tənzimləyici qurum belə təşəbbüslər yaranacağı təqdirdə banklara dəstək göstərməyə hazırdır.
"Bizim ümumi mövqeyimiz müsbətdir. Bu, yalnız maliyyə sektorunun inkişafına töhfə verəcək. Ona görə banklarımızın xarici bazarlara çıxışını dəstəkləyirik", – deyə sədr vurğulayıb.
Taleh Kazımov bildirib ki, xarici bazarlara genişlənmənin dəstəklənməsi üçün əsas şərt bu prosesin Azərbaycanın bank sektorunun maliyyə dayanıqlığına əlavə risklər yaratmamasıdır.
Beləliklə, Mərkəzi Bank yerli bankların beynəlxalq fəaliyyətinin genişləndirilməsini sektorun inkişafı baxımından müsbət qiymətləndirsə də, risklərin idarə olunmasını əsas meyarlardan biri hesab edir.

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
"Freelance" nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
İKEA şirkətinin tarixi
Onlayn biznes ideyaları